Sergey Utoçkin

Sergey Utoçkin
Doğum tarixi 30 iyun (12 iyul) 1876
Doğum yeri
Vəfat tarixi 31 dekabr 1915 (13 yanvar 1916) (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Aleksandr Nevski Lavranın Nikolskoye qəbiristanlığı[d]
Fəaliyyəti pilot, yarış avtomobili pilotu[d], boksçu, futbolçu, atlet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sergey İsayeviç Utoçkin (rus. Серге́й Иса́евич У́точкин; 12.7.1876, Odessa, Xerson quberniyası, Rusiya imperiyası — 13.1.1916, Sankt-Peterburq, Rusiya imperiyası) — ilk rus aviatorlarından və sınaqçı təyyarəçilərindən biri. Hərtərəfli və istedadlı idmançı. 1910–1914-cü illərdə Rusiyada aviasiyanın populyarlaşdırılmasında onun çox böyük rolu olmuşdur. Rusiya imperiyasının bir çox şəhərlərində onlarla nümayiş uçuşları həyata keçirmişdir.

Bakı şəhərinin üzərindən uçan ilk təyyarəni də 20 oktyabr 1910-cu ildə Sergey Utoçkin idarə etmişdir.[1] Bu uçuşu o, həmin dövrdə aviatorlar arasında çox məşhur olan "Farman-4" fransız aeroplanı ilə yerinə yetirmiş, uçuşa baxmaq üçün 20 mindən artıq insan toplaşmışdı.[2] 28 oktyabr tarixində təşkil edilən uçuşlarda isə dövrünün məşhur pilotlarından biri olan Adam Qaber-Vlınski (1883–1921) iştirak etmişdi.[3]

Odessada Utoçkinə qoyulmuş abidə

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.
  2. Новое время. — 1910. — 23 октября.
  3. "Arxivlənmiş surət". 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!