Sergey Vladimiroviç Mixalkov 1913-cü ildə Moskvada anadan olmuşdur. O, 1971-ci ildən SSRİ Pedaqoji EA həqiqi üzvü , 1973-
cü ildən Sosialist Əməyi Qəhrəmanıdır. Uşaqlar üçün canlı, maraqlı dildə yazdığı şeirlərində ("Styopa dayı", "Bəs sizdə nə
var?" və s.) və pyeslərində ("Qırmızı qalstuk",1946, "Qiymətli oğlan",1971) gənc nəslə əməyə, vətənə məhəbbət, nəcib mənəvi-əxlaqi keyfiyyətlər aşılanır.[6]
Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi oçerk, hekayə, satirik şeir və felyetonlar yazmışdır.
Mixalkovun aktual mövzulu təmsilləri məşhurdur. Yaşlılar üçün yazdığı "İlya Qolovin" (1950) pyesi "Ovçu"(1956), "Vəhşilər" (1958), "Özünə
abidə..." (1959), "Xərçənglər", (1960) satirik komediyaları əhali arasında böyük rəğbət qazanmışdır. Onun gənc nəslin tərbiyəsindən bəhs edən "Hər şey uşaqlıqdan başlanır"(1968), "Zamanın əlamətləri"(1976) adlı kitabları vardır. Əsərləri bir çox dilə, o cümlədən Azərbaycan
dilinə tərcümə edilmişdir. "Xərçənglər", "Qiymətli oğlan" pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.
S.V.Mixalkov SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifələrində çalışmışdır.
S. V. Mixalkov SSRİ Ali Sovetinin 8-10-cu çağırış deputatı olmuşdur. O, 3 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, 3 başqa
orden və medallarla təltif olunmuşdur.
Sergey Mixalkov SSRİ-nin, eləcə də müstəqil Rusiyanın himninin müəllifidir. Daha çox uşaq şerlərinin müəllifi kimi tanınan şair populyar kino və cizgi filmlərinə də ssenari yazıb.
Sergey Mixalkov təxminən 20 il ərzində RSFSR Yazıçılar Birliyinə rəhbərlik edib. RSFSR və SSRİ Ali Sovetinin deputatı olub.
Sovet ədəbiyyatının klassiki Sergey Mixalkov 27 avqust2009-cu ildə 97 yaşında vəfat edib. Mixalkov Moskva xəstəxanalarından birində dünyasını dəyişib.