Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
↑Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 30 noyabr 2017 tarixində redaktə olunub.
Sergey Mustafa Levent oğlu Markelov (rus.Маркелов, Сергей Мустафа Левент оглы; d. 24.05.1994, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu, "Çinar-Zəngilan(region liqası)" futbol klubunun hücumçusu.
Sergey Markelov 1994-cü ildə Bakı şəhərində anadan olub. Milliyətcə türkdür, müsəlmandır (atası türk, anası rusdur). Boyu 180 sm, çəkisi 78 kg-dır. Bakı şəhəri 9 saylı orta məktəbi bitirib. Ali təhsilini Ukraynanın Karazin adına İqtisad Universitetinin maliyyə və kredit fakültəsində alıb. Futbol oynamağa 8 yaşında "Xudafərin" uşaq futbol klubunda başlayıb. İlk məşqçisi Elbrus Rzayev olub. 12 yaşına qədər bu məşqçinin rəhbərliyi altında futbolun sirrlərini öyrənib.Futboldan başqa MMA döyüşü və karate ilə məşğul olub. Karate üzrə sarı kəmər sahibidir. Ailəlidir, bir qız övladı var. Azərbaycan dilindən başqa rus, türk və ingilis dillərini bilir.
Klub karyerası
Futbolda ilk addımlarını "Qarabağ"da atıb.2006-2007-ci illərdə ağdamlıların uşaq yaş qrupunda oynayıb.2007-2009-cu illərdə "Bakı" klubunun, 2009-2012-ci illərdə isə "İnter" klubunun aşağı yaş qruplarında çıxış edib.
2012-2013-cü illərdə Birinci Divizionun "Muğan" klubunun əvəzedici heyətində oynayıb.
2013-2014-cü illər arası 1 il 4 ay ərzində Xarkovun "Metalist" klubunda legioner həyatı yaşayıb. 2015-ci ildə Bakıya qayıdaraq, yarım mövsüm "Bakılı" klubunun şərəfini qoruyub[1].Daha sonra altı ay "Qaradağ Lökbatan" klubunun formasını geyinib.
2017-ci ilin yayından etibarən Birinci Divizionun "Xəzər" klubunun futbolçusudur.[2]
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.