Sergey Sergeyoviç Kravçenko (ukr. Сергій Сергійович Кравченко , 24 aprel1983[1][2][…], Donetsk) — Ukraynalı keçmiş peşəkar futbolçu, mövqeyi yarımüdafiəçi olub.
Sergey futbola Donetskin "Olimpik-UOR" uşaq futbol məktəbində başlayıb. Daha sonra Donetskin "Donbas" klubunda futbol ilə məşğul olub. 2002-ci ilsə "Şaxtyor Donetsk" klubuna dəvət olunur. Ancaq bu klubun əsas heyətində forma geyinmir və 3 il klubun ikinci və üçuncu komandalarında çıxış edir.
Qarabağ Ağdam
2005-ci ildə "Qarabağ" klubuna dəvət olunur.[3] Qarabağda aylıq 600 dollar maaş ilə 6 aylıq müqavilə imzalayır.[4] Qarabağda meydanda olduğu 12 oyunda 3 qol vurur. Qarabağda keçirdiyi 6 aylıq dövr əzrində özunu yaxşı tərəfdən göstərən futbolçu "Xəzər Lənkəran" və "Bakı" klublarından dəvət alır.[4] Ancaq bu təklifləri rədd edən futbolçu Ukraynanın "Vorskla" klubuna keçir.
Vorskla
2006-cı ildə "Vorskla"nın oyuçusu olan futbolçu burada 2009-cu ilə kimi çıxış edir.[5] "Vorskla"da 80 oyunda iştirak edərək 14 qol vurur.
Dinamo Kiyev
2009-cu ildə "Dinamo Kiyev" klubuna keçir və burada 12 oyunda 2 qol vurur.
Dnepr
2010-cu ildə 700 min avroya "Dnepr" klubuna transfer olunur. Burada 7 il oynayır və meydanda olduğu 117 oyunda 7 qol vurur. "Dnepr" ilə UEFA Avro Liqasının finalına qədər yüksəlir.[6]
2017-cı ildə maliyyə problemlərinə görə "Dnepr"in dağılmasından sonra, "Dnepr"in əsasında yaradılmış "Dnepr-1" klubuna qoşulur və burada 74 oyuna 10 qol vurur.
Çernomorets
2021-ci ildən Odessanı təmsil edən "Çernomorets" klubunun oyunçusudur.[7]
Maraqlı Faktlar
Qarabağda oynayarkən Azərbaycan yığmasında oynamaq təklifi alır. Ancaq Ukrayna millisində oynayacağını deyərək bu təklifdən imtina edir.[4]