Sergey Beqlaryan |
---|
|
Doğum tarixi |
8 avqust 1969(1969-08-08) |
Vəfat tarixi |
1996 |
Dəfn yeri |
|
Vətəndaşlığı |
|
Təltifləri |
|
Sergey Andraniki Beqlaryan (erm. Սերգեյ Անդրանիկի Բեգլարյան; 8 avqust 1969 – 1996) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri.
Həyatı
Sergey Andraniki Beqlaryan 8 avqust 1969-cu ildə anadan olmuşdur. 1986-cı ildə Xankəndi Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. 1985–1987-ci illərdə İrəvanda hərbi təmayüllü xüsusi məktəbdə təhsil almışdır. 1987–1989-cu illərdə Şərqi Almaniyada yerləşən SSRİ hərbi hissəsində xidmət etmişdir. Şuşa Hərbi Polis İdarəsinin qərargah rəisi olmuşdur.[1]
Birinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Xocalı soyqırımının təşkilatçılarından biridir.[2] Xankəndi, Canhəsən, Şuşa, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Hadrut, Qubadlı, Füzuli, Horadiz və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildən komandir olmuşdur. 1996-cı ildə vəfat etmişdir.[1]
Mükafatları
Ölümündən sonra DQR 1-ci dərəcəli "Döyüş xaçı" ordeni, "Şuşanın azad edilməsinə görə" medalı ilə təltif edilmişdir. Xankəndi memorial kompleksində dəfn olunmuşdur.[1]
İstinadlar