Serbiya Futbol Assosiasiyası

Serbiya Futbol Assosiasiyası
UEFA
Yarannma tarixi

1919,

2006 (təkrar)
Prezident Dragan Djayiç
Vebsayt http://www.fss.rs/

Serbiya Futbol Assosiasiyası (serb. Фудбалски савез Србије) — Serbiyada futbolun idarəedici orqanı. Mərkəzi ofisi Belqrad şəhərində yerləşir.

Tarix

Serbiyada ilk futbol matçı 1896-cı il mayın 18-də "Aşağı Kalemegdan" və "Neboyşina Qülləsi" komandaları arasında oynanılıb. Qarşılaşmanın təşkilatçısı "Sokol Gimnastika Cəmiyyəti" olur. 15 iyun 1899-cu ildə Birinci Serb Top Oyunları Cəmiyyəti Yetimlər Evinin yaxınlığındakı yeni stadionda toplantı təşkil edir.

1901-ci ilin yazında Belqradda futbol yenidən peyda olur və 3 avqust 1901-ci ildə Serbiyanın ilk futbol klubu, Subotiçada yaradılmış "Baçka 1901" komandası yaradılır, lakin bu klub Avstriya-Macarıstan komandası kimi siyahıya alınır. 1903-cü ilin aprelində Sokol hərəkatının adını daşıyan "Soko" futbol klubu yaradılır. 14 sentyabr 1903-cü ildə Kraqujevacda Danila Stoyanoviçin təşəbbüsü ilə "Şumadija 1903" klubu yaradılır. Bu klub o zaman mövcud olan sərhədlər daxilində Serb klublarının ən qədimi hesab olunur. Cənubi Macarıstan liqasında "Soko" və "Şumadiya" komandaları 1904-cü ildə bir-birinə qarşı ilk oyunu keçirdirlər. Tezliklə Serbiyada bir-birinin ardınca klublar meydana çıxmağa başlayır: 1908-ci ildə — "Duşan Silni" (Şabac), 1909-cu ildə — "Vihor" (Obrenovac) və "Deliqrad" (Aleksinats), 1910-cu ildə — "Sokol" (Kralevo), 1912-ci ildə — "Olimpiya" , "Yavor" (İvanitsa), "Ozren" (Soko-Banya) klubları yaradılır. 1905-ci ildə Anastasis Kristodulus Futbolun qaydaları serb dilinə tərcümə edir və 1913-cü ildə ölkədə ilk turnir keçirilir.

1919-cu ildə Zaqrebdə, Yuqoslaviya Futbol Assosiasiyasının bir hissəsi olaraq Serbiya Futbol Federasiyası yaradılır.

28 avqust 1948-ci ildə Serbiya İdman İttifaqının qərarı ilə Serbiya Futbol İttifaqı yenidən təşkil edilir. İttifaq, Yuqoslaviya Federativ Respublikasında Serbiya Xalq Respublikasının maraqlarını təmsil etməli idi.

Serbiya Futbol ittifaqı, 2003-cü ildə, yeni yaradılmış Serbiya və Monteneqro Futbol Assosiasiyasının tərkibinə keçir.

2006-cı ildə ittifaq yenidən tam müstəqil olaraq fəaliyyətə başlayır

Fəaliyyəti

Ərazi Assosiasiyaları

Serbiya Futbol İttifaqı Serbiya Respublikası ərazisində futbol klublarından və onların assosiasiyalarından, ərazi futbol birliklərindən, assosiasiyalardan və digər futbol təşkilatlarından ibarət vahid futbol təşkilatıdır. İtifaqa aşağıdakı bölgə təşkilatları daxildir.[1]

  • Regional futbol birlikləri
    • Voyvodina Futbol Assosiasiyası
    • Kosovo və Metohiya Futbol İttifaqı
    • Şərqi Serbiya Bölgəsi Futbol Assosiasiyası
    • Qərbi Serbiya Bölgəsi Futbol Assosiasiyası
  • 5 şəhər futbol ittifaqı, o cümlədən Belqrad Futbol İttifaqı
  • 8 şəhərətrafı futbol ittifaqı
  • 17 mahal futbol birliyi
  • 102 icma futbol ittifaqı

Qeydiyyatdan keçən üzvlər

Statistikaya görə, Serbiya Futbol Assosiasiyası qeydiyyatdan keçən üzvlər:

  • 2032 futbol klubu
  • Müxtəlif yaş kateqoriyalarında 4368 komanda
  • Müxtəlif səviyyəli 365 liqa
  • 122854 peşəkar futbolçu
  • 4901 futbol məşqçisi
  • 4032 futbol hakimi
  • 1146 idman həkimi

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!