Serb Respublikasında nəqliyyat Serb Respublikasında nəqliyyat və rabitə nazirliyinin balansında olan sahə. Bu sahəyə Serb Respublikasının telekamunikasiya və nəqliyyat infrastrukturu daxildir[1]. Nəqliyyat sisteminə avtomobil və dəmiryolları, dəmiyyol stansiyaları, hava limanları, dəniz yolları və limanları daxildir. Telekamunikasiya sisteminə isə telefon, teleqraf, optik xətlər və s daxildir. Ölkənin nəqliyyat infrastrukturu Serb Respublikası Dəmiryolları, Serb Respublikası Poçtu və Serb Respublikası Avtomovil yolları təşkilatlarında birləşir.
Dəmiryollarının ümumi uzunluğu 425 km təşkil edir. Dəmiryollarının idarə edilməsi Serb Respublikası Dəmiryolları tərəfindən təşkil edilir. İl ərzində dəmir yolu ilə 1 mln sərnişin və 6 mln t yük daşınır. Serb Respublikası Dəmiryolları idarəsinin balansında 65 sərnişin və 8 yük qatarı vardı. Beynəlxalq kodu — 0044. Əsas dəmiy yolları:
Əvvəllər respublikanın hava nəqliyyatı əlaqəsi Air Sprska vastəsi ilə təmin edilirdi. 2007-ci ildən isə bu işi Sky Srpska[3] şirkəti tərəfindən həyata keçirilir. Ən böyük hava limanı Banya-Luka hava limanıdır. Planlarda Trebine hava limanının inşası planlaşdırılır.[4].
Su nəqliyyatı
Serb Respublikasında 204 km çay su nəqliyyatı vardır. Ən iri çay limsnları: Brçkodakı Kapetaniya, Qradişko və Rafineriya-Brod. Naviqasiyaya yararlı çayları Sava (beynəlxalq nəqliyyat əhəmiyyətli), Una, Drina və Bosna çayı (bir hissəsi naviqasiyaya yararlı). Srbas — Bielina — Srnelovo bərə xətti fəaliyyət göstərir.
Poçt
Serb Respublikasının Poçtu idarəsi 9 vilayəti özünfə birləşdirir.