Semih Kaplanoğlu

Semih Kaplanoğlu
türk. Semih Kaplanoğlu
Doğum tarixi 4 aprel 1963(1963-04-04)[1] (61 yaş)
Doğum yeri
Fəaliyyəti rejissor, fotoqraf, ssenarist, prodüser
IMDb ID0969427
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Semih Kaplanoğlu (4 aprel 1963[1], İzmir[1]) — Türkiyə rejissoru, fotoqraf, ssenarist, prodüser.

Həyatı

Semih 1984-cü ildə doğulduğu İzmirdən İstanbula köçür və ssenarist, fotoqraf kimi bir çox layihələrin təşkilatçısı, icraçısı, reklamçısı kimi işlər görür. Çox keçmədən öz "Kaplanoğlu production"-ını yaradır. Prodakşn ona ən sevimli sənətini- rejissorluğu təkmilləşdirməyə böyük töhfə verir. Rejissor kimi ilk tam metrajlı filmi "Hər kəs öz evində" olur. Bu film tənqidçilər tərəfdən də müsbət qarşılanır. Türk filmini dünya miqyasında tanıtmaq, sevdirmək məqsədi ilə Semihin ikinci filmi "Mələyin düşüşü" olur. Berlin festivalında film həm juri, həm tamaşaçılar tərəfdən bəyənilsə də, mükafatsız qalır. Heç bir il keçməmiş rejissor "Yusuf trilogiyası" nın ilk filmi- "Yumurta" nın çəkilişlərini yekunlaşdırır. Filmin ssenarisi də özü tərəfindən yazılıb.

Baş rollarda Nejat İşlerSaadet İşıl Aksoyun oynadığı film uğurlu olur. Film bir neçə festivallarda müxtəlif nominasiyalarda üst-üstə 13 mükafat qazanır.

Filmin qəhrəmanı "Yusuf" anasının ölüm xəbərini aldıqda illərdi qayıtmadığı uşaqlığını keçirdiyi kəndə qayıdır. Və hər şey bundan sonra başlayır.

Trilogiyadan olan ikinci film "Süd" elə də uğurlu alınmasa da, trilogiya tərkibinə daxil olunduğundan tənqidlərdən kənar qalır. Bu filmin ssenarisi Orçun Göksel və Semih Kaplanoğlu tərəfindən yazılıb. Filmin məzmunu belədir. Liseyi bitirdikdən sonra ali məktəbə qəbul ola bilməyən "Yusuf" yazdığı şeirlərini o qədər də tanınmayan ədəbiyyat jurnalında yayımlayır. Atasının ölümündən sonra anası ilə həyatlarını süd, pendir və s. sataraq təmin etməyə çalışırlar. Yetkinlik dövrünün sıxıntıları, səhhətindəki problemə görə əsgərliyə çağırılmaması və xüsusilə də anasının başqa bir kişiylə gizli əlaqəsi və onunla evlənmək planları qurmasını öyrənməsi "Yusuf"a çox təsir edir. Bunlar onun həyatında çətinliklər yaradır. Film qeyri-adi bir sonluqla bitir. 2010-cu ildə trilogiyanın sonuncu filmi- "Bal" çəkilir. Bu filmin də ssenarisi Semih Kaplanoğlu və Orçun Göksel tərəfindən yazılıb. Berlin "Qran pri"sini və münsiflər heyətinin mükafatını qazanır. Bu film Semihin hələ ki, ən uğurlu işi sayılır.

Filmdə dialoqlar çox azdı. İlk baxışdan izləyici üçün çox maraqsız, darıxdırıcı gələ bilər. Bu hər üç filmə də aiddir. Bu film Yusufun uşaqlığından bəhs edir. Filmdə ata-oğul münasibətləri, bir uşağın iç dünyası, məktəbdəki çətinlikləti əks olunur. Atası Yakup arıcılıqla məşğuldur. Bir gün meşəyə gedən atası geri qayıtmır. Yusuf və anası uzun müddət ondan xəbər almayınca narahat olmağa başlar. Və bir gün atasının öldüyünü xəbər alırlar.

Rejissorun filmləri Art-xaus üslubunda olsa da, o bu üsluba özünəməxsusluq da qata bilib. Heç bir filmində soundtrack-ə rast gəlmək mümkün deyil. Bütün filmlərində dialoqlara, danışıqlara çox az yer verilir. Dramatizmi obrazların hərəkətlərində, mimikalarında verilməsi, təbii səslər və pauzasız, stopsuz bütöv və foto kadrlar, kameranı ştativdə saxlama əsas cəhətlərdi filmlərində. Əminliklə demək olar ki, art-xaus üslubunda ən yaxşılardan biridir.

Semih Kaplanoğlu bu trilogiyanın hardan yaranmasını bir müsahibəsində belə izah edir: 2005-ci ildə Berlin festivalında bəzi rejissorların filmlərində öz əyalətlərinə filmlərdə olan baxışları diqqətimi cəlb etdi. Türkiyəyə qayıtdıqdan sonra Anadolunun bir hissəsinə səfərlər etdim, ordakı hadisələri müşahidə etdim. Və sonunda "Yusuf" trilogiyası meydana gəldi.

Bal, süt, yumurta – hər üç hissə Anadalonun üç fərqli iqliminə, coğrafiyasına aid hissəsində baş verir: İç Anadalo (Süt), Doğu Karadeniz (Bal), İç Ege (Yumurta).

Filmoqrafiya

Rejissor

  • Şehnaz Tango (teleserial)
  • Herkes Kendi Evinde (2001)
  • Meleğin Düşüşü («Mələyin yıxılışı») (2005)
  • Yumurta (2007)
  • Bal (2010)

Ssenerist

  • Şehnaz Tango (телесериал)
  • Meleğin Düşüşü (2004)
  • Yumurta (2007)
  • Bal (2010)

İstinadlar

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #140959211 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!