Sağlamlıq ocaqları – İctimai Dövlət olmanın gətirdiyi və lazımlılığını doğurduğu bir xidmətdir. İnkişaf etməmiş, inkişaf etməkdə olan bölgələrdə və ya əhali baxımından çox sıxlıq olmayan bölgələrdə qurulan və birinci pillə sağlamlıq xidmətləri verən quruluşlardır. Sağlamlıq ocaqları, xəstəxanalar qədər personal və qaynağa sahib olan xidmətlərini regional olaraq verən sağlamlıq xidmət təşkilatlarıdır.
Sağlamlıq Ocağı Personalı
Bir sağlamlıq ocağının xidməti ən az bir həkim və yetər ədəddə sağlamlıq personalından ibarət olan bir qrup tərəfindən icra edilər. Vəzifə tərifi çərçivəsində sağlamlıq xidmətini təsirli və məhsuldar bir şəkildə yerinə yətirə bilməsi üçün bir sağlamlıq ocağında olması lazım olan personal bu şəkildədir: Pratisyen həkimlər, tibb bacısı, mama, ətraf sağlamlıq texniki, sağlamlıq məmuru, tibbi sekretar, şofer, köməkçi xidmətlər (xadimə, qızdırıcı, bağban, gecə gözətçisi, tenisyen köməkçisi v. b.).
Sağlamlıq ocaqlarının Vəzifə və Məsuliyyətləri
Sağlamlıq ocaqları hər cür qoruyucu həkimlik xidmətləri, xəstələrin müayinə və müalicəsi, sağlamlıq ocağına qeydli şəxslərin sağlamlıq sicillərini tutmaq ilə mükəlləfdir. Sağlamlıq ocağı həkimləri müalicə edə bilmədikləri hadisələri, xəstəxanaya sövğü lazım olan təcili hadisələri vs. vəziyyətlərdə xəstələri xəstəxanaya sövq edə bilərlər. Sağlamlıq ocağında həkim olmadığı vəziyyətlərdə köməkçi sağlamlıq personalı xəstələri sağlamlıq mərkəzləri və xəstəxanalara göndərə bilərlər.