Sarıgöz pinqvin[3][4][5][6][7], və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat.Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes[8] cinsinə aid olan yeganə növ. Maori dilindəXoixo adlandırılır.
İri fərdlərin boyu 70–75 sm, çəkisi 6–7 kq olur. Orta ömür müddəti 10–12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. ,
Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur.
Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər.
Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər. Boğaz isə qəhvəyi rəngdə olur. Bel nahiyəsi qara, sinə ağ, ayaq və dimdik qırmızı olur.
"Sarıgöz" adı isə göz ətrafında olan sarı zolaqla əlaqədardır.
Areal
Əsas yayılma arealı Cənub adasının cənub sahillərindən Kempbell adaları, Kurio körfəzini əhatə edir. Az miqdarda da Baunti və Antipodov adalarının şərqi, Makkuori adasının cənubudur. Mülayim iqlimə malik ərazilərdə, otlar arasında, okeandan bir az aralıda yuva qururlar. Çütlük şəkilimndə yuva qururlar. Koloniya əmələ gətirmələri nadir görülür.
Digər pinqivinlər arasında ən nadirlərindən hesan edilir. Elədə böyük olmayan bir ərazidə yayılmalarına baxmayaraq sayları 4 mini keçir.
Yaxşı üzür və suya dalırlar. Əsas düşmənləri dəniz şirləri və köpəkbalığıdır. Ən böyük təhlükəni isə onların yumurtalarını yeyən siçovullar, donuzlar və s ev heyvanları təşkil edir.
Cənub adasının Katlins sahillərində 112 km-lik qoruq ərazisi təşkil edilmişdir. 50 ha ərazidə ümumi dünya polpulyasiyasının 10 % cəmləşmişdir[10]. Sarıgöz pinqvin 5 nominallı yenizellandiya dolarının üzərində əks olunmuşdur[11].
↑Гладков Н. А., Рогачева Э. В., Сыроечковский Е. Е. Надотряд Плавающие птицы (Impennes) // Жизнь животных. Том 6. Птицы / под ред. В. Д. Ильичева, И. В. Михеева, гл. ред. В. Е. Соколов. — 2-е изд. — М.: Просвещение, 1986. — С. 37–38. — 527 с.
↑Шунтов В. П. Трудная профессия альбатроса. — М.: Наука, 1993. — С. 15. — 224 с. — ISBN 5-02-005708-8
↑Коблик, Евгений Александрович Разнообразие птиц (по материалам экспозиции Зоологического музея МГУ). Часть 1. — М.: Издательство МГУ, 2001. — С. 66, 68. — 384 с. — ISBN 5-211-04072-4
↑|Акимушкин И. И. Мир животных. Том 3. Рассказы о птицах. — Серия "Эврика". — М.: Молодая Гвардия, 1971. — С. 14–15. — 384 с.
↑Антарктика: доклады комиссии / АН СССР, Междуведомств. комиссия по изучению Антарктики. — М.: Наука, 1969. — С. 196.