Sarayevo Universiteti (bosn.Универзитет у Сарајеву ) — Bosniya və HerseqovinanınSarayevo şəhərində yerləşən dövlət universitetidir. Bu, ölkənin ən böyük və ən qədim universiteti olmaqla bərabər keçmiş Yuqoslaviyada ən qədim ali təhsil müəssisəsidir. Universitet 1537-ci ilə qədər İslam mədrəsəsi olaraq qurulmuşdur.[2]
İyirmi fakültə, üç akademiya və üç ilahiyyat fakültəsi olan universitet 2014-cü ildə 30.866 tələbə sayı ilə, qəbul baxımından Balkanların ən böyük universitetləri arasında yer alır. 1949-cu ildə qapılarını açandan bəri, ümumi 122,000 tələbə bakalavr, 3.911 tələbə magistr, 45 fərqli sahədə 2284 tələbə isə doktorluq dərəcəsi aldı.[3] Hal-hazırda Bosniya və Herseqovinanın ən nüfuzlu universiteti olaraq qəbul edilir[3] və mindən çox müəllim işçisi çalışır.[4]
Müasir Sarayevo Universiteti qurulmazdan əvvəl, 16-cı əsrdə Osmanlıların himayəsi altında Sarayevoda və Bosniya və Herseqovinada ilk ali təhsil məktəbləri quruldu. Bosniyadakı ilk mədrəsə, yəni Qazi Hüsrəv bəy mədrəsə və kitabxanası, Osmanlı ali məktəbi olaraq Qazi Hüsrəv bəy tərəfindən 1537-ci ildə Sarayevoda açıldı.[5][6][7]
Avstriya-Macarıstan dövrü və ilk Yuqoslaviya, İkinci Dünya müharibəsinin sonu
[[Şəkil:National_Museum_of_BiH_Aerial.JPG|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:National_Museum_of_BiH_Aerial.JPG%7Cright%7Cthumb%7C198x198px%7C[[Avstriya-Macarıstan[ölü keçid] İmperiyası]] dövründə Bosniya və Herseqovina Milli Muzeyi]]
Universitet, Avstriya-Macarıstan İmperiyası hakimiyyəti dövründə, bir çox ali təhsil və mədəniyyət təsisatının qurulduğu bir dövrdə Bosniya və Herseqovinanın Milli Muzeyi kimi inkişa etmişdir.[4] Sarayevo Universitetinin müasir tarixi Birinci Dünya müharibəsindən sonra da davam etdi və İkinci Dünya Müharibəsindən əvvəl olduğu kimi, müharibə illərində də inkişafını yeni məktəb və institutlarla 1940-cı ildə əkinçilik və meşəçilik fakültəsi kimi uğurla genişləndirdi. 1944-cü ildə universitetə Tibb Fakültəsi də əlavə edildi. 1946-cı ildə Tibb Fakültəsi yenidən quruldu, Hüquq Fakültəsi, Müəllim Tədris Kolleci açıldı və 1948-ci ildə Kənd Təsərrüfatı və Meşəçilik Fakültəsi bərpa edildi.
II Dünya müharibəsində
1949 - 1955-ci illərdə
1949-cu ildə Mühəndislik fakültəsi açıldı. Həmin ilin 2 dekabrında ilk rektorun təyin edilməsi ilə Sarayevo Universiteti rəsmi olaraq təsis edildi. Fəlsəfə Fakültəsi (1950) və İqtisadiyyat Fakültəsinin (1952) açılışı ilə Sarayevo Universitetinin qurulmasının ilkin mərhələsi başa çatdı.
1955-1970-ci illərdə
İnkişafın ikinci mərhələsi (1955-69) universitetin təsdiqlənməsi, yeni ali təhsil müəssisələrinin açılması və Bosniya və Herseqovinada yüksək təhsilli kadrlara olan tələbatın nisbi
ödənilməsi ilə səciyyələndi. Digər mühüm bir uğur universitetdə aspiranturanın təşkili və təşəbbüsü idi.
1970-ci ildən 1982-ci ilə qədər
Üçüncü mərhələ (1970-1982) universitetdə daha çox ali təhsil müəssisəsinin açılması, universitetin elmi təbliği və beynəlxalq akademik müstəvidə fəal iştirak etməsi ilə müəyyən edilmişdir. Universitet birbaşa və dolayı yolla Banya Luka, Mostar və Tuzla yeni universitetlərin qurulmasına töhfə verdi.
1982-ci ildən 1992-ci ilə qədər
Dördüncü mərhələ (1982-92) elmi fəaliyyətin universitetdən ayrılması və xaricində əlverişli elmi institutların yaradılması ilə xarakterizə olunurdu. Bu Sarayevo Universitetinə xeyli ziyan gətirdi, çünki universitet təhsili və elmi araşdırmaların əlaqəli olması təhlükə altına düşdü. Bu, təhsilin daha aşağı keyfiyyətinə və universitetin texnoloji durğunluğuna səbəb oldu. Çox sayda tələbənin nəzarətsiz qəbulu işlərin səmərəliliyinin xeyli aşağı düşməsinə və təhsilin müəyyən sahələrində kadrların hiper istehsalına səbəb oldu.
Sarayevo şəhərinin dörd illik mühasirəsi dövründə həyat və işdəki bütün bu çətinliklərə baxmayaraq, universitet müəllimləri və yoldaşlarının, eləcə də tələbələrin köməyi və həvəsləri, peşəkarlığı, vətənpərvərliyi və əzmkarlığı sayəsində Sarayevo Universiteti öz iş sxemini bərpa edə bildi. Bu universitetin azadlıq və demokratiyaya, müharibə və təcavüzə qarşı səslənməsi və Bosniya və Herseqovinanın suverenliyinin təsdiqlənməsinə verdiyi töhfəni təmsil etdi.
1996-cı ildən bəri
1996-cı ilin əvvəlində Sarayevo Universiteti müharibədən sonrakı fiziki və akademik yeniləmə və bərpa mərhələsinə başladı. Fiziki yenilənmə məhv edilmiş obyektlərin bərpasına və yenilənməsinə, dağıdılmış təhsil və elmi avadanlıqların dəyişdirilməsinə və tələbə yataqxanalarının yenidən qurulmasına yönəldilmişdi. Bu işdə əhəmiyyətli nəticələr əldə edildi və müəyyən sahələrdə daha keyfiyyətli araşdırmalar üçün şərait yaradıldı. Bununla yanaşı, çoxsaylı yenidənqurma layihələrinə baxmayaraq Sarayevo Universiteti hələ də müharibədən əvvəlki potensiala çatmadı. Tələbə yataqxanalarının keyfiyyəti və sayı hələ tələb olunan səviyyədən çoxdur, texnologiya əsasən köhnəlmişdir və iş şəraitinin daha yaxşı ola bilməsi üçün akademik heyət də çatışmır. Tədqiqatların keyfiyyəti qismən Bolonya Prosesinin tətbiqi ilə əlaqədar yavaş-yavaş yaxşılaşır, lakin Bosniya və Herseqovinada vahid ali təhsil proqramı olmadığından bəzi təhsil sahələrində hələ də hiper-istehsal mövcuddur.
Universitetin yenilənməsi və yenidən qurulması prosesi Avropa Universitetlər Birliyinin, Avropa Şurasının, Avropa İttifaqının, habelə ali təhsil sahəsində iştirak edən beynəlxalq təşkilatların və qurumların fəaliyyətləri ilə dəstəklənir.
Beynəlxalq münasibətlər
Sarayevo Universiteti Avropa, ABŞ, Kanada və Yaxın Şərqdəki 120-dən çox universitetlə tərəfdaşlıq edir.[8][9]
Məqsəd
Universitetin hazırkı fəaliyyətinin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, Bosniya və Herseqovinanın beynəlxalq səviyyədə hörmətli nümayəndəsi və ənənəvi, tarixi, mədəni təbliğatçısı olacaq müasir Avropa mənşəli bir universitet yaratmaqdır.
Təşkilat
Universitet, daha sonra 6 akademik qrupa bölünmüş 32 fakültə, akademiya və kollecdən və əlavə bir sıra digər proqramlardan ibarətdir: