Saqa Hava Şarı Muzeyi

Saqa Hava Şarı Muzeyi
Xəritə
Açılış tarixi 1 oktyabr 2016
Mövzu Hava şarı
Ölkə
33°15′26″ şm. e. 130°18′02″ ş. u.HGYO
sagabai.com/balloon-muse…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saqa Hava Şarı Muzeyi (佐賀バルーンミュージアム?)Yaponiyanın Saqa şəhərində yerləşən muzey. Yaponiyada hava şarlarına həsr olunmuş yeganə muzeydir.

Tarixi

"Icarus-5" hava şarı modeli.

Saqa şəhəri Yaponiyada hava şarları ilə bağlı tədbirlərə görə tanınır. 1980-ci ildən etibarən şəhər Saqa Beynəlxalq Hava Şarı Festivalına ev sahibliyi edir. Dünya Hava Şarı Çempionatı 3 dəfə Saqa şəhərində (1989, 1997, 2016) keçirilmişdir.[1] Şəhərin "Saqa Balluners" (ing. Saga Ballooners) adlı peşəkar basketbol komandası var.[2]

Saqa Hava Şarı Muzeyi 1 oktyabr 2016-cı ildə – Saqa Beynəlxalq Hava Şarı Festivalının 37-ci tədbirinə az müddət qalmış "havadan asılı olmayaraq hava şarlarından həzz alın" şüarı ilə açılmışdır.[3][4] Muzeyin tikintisi 1,8 milyon yenə başa gəlmişdir.[5] 19 iyul 2017-ci ildə muzeyi ziyarət edənlərin sayı 100.000-i keçmişdir.[6]

Xüsusiyyətlər

Muzey dördmərtəbəli binada yerləşir və binanın ilk iki mərtəbəsini əhatə edir. Üçüncü mərtəbədə gənclər mərkəzi, dördüncü mərtəbədə özəl yapon dili məktəbi yerləşir.[5]

Muzeyin birinci mərtəbəsində yerləşən Super Hi-Vision teatrında uçan hava şarları haqqında videolar nümayiş etdirilir. İkinci mərtəbədə yerləşən "Hava şarı şöhrət zalı"nda 1969-cu ildə hazırlanmış, Yaponiyanın ilk idarə olunan hava şarı modeli olan "Icarus-5" sərgilənir. Muzeydə Yaponiyada hava şarlarının inkişafına töhfə verən şəxslər haqqında məlumatlar verilir. İkinci mərtəbədəki tarix guşəsində hava şarlarının tarixi, hava şarı yarışları haqqında informasiyalar təqdim olunur, müxtəlif formalarda olan hava şarı modelləri sərgilənir. Ziyarətçilər muzeydə yerləşən "hava şarı simulyatoru"nda istifadə edərək virtual hava şarı səyahətinə çıxırlar.[5] Muzeydə hava şarları ilə bağlı kvizlər keçirir və ən çox sual tapan ziyarətçi "Doktor Hava şarı" titulu qazanır.[7]

İstinadlar

  1. "The History of Saga International Balloon Fiesta". Saqa Beynəlxalq Hava Şarı Festivalı (ingiliscə). 29 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2024.
  2. "Saga Ballooners". "Saqa Balluners" basketbol komandasının saytı (yaponca). 29 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2024.
  3. "佐賀バルーン - ミュージアム開館" (PDF). Saqa şəhərinin rəsmi saytı (yaponca). 2016. 29 iyun 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 iyun 2024.
  4. "<バルーンフェスタ特集>バルーンミュージアム(佐賀市) いつでも体験 バルーンの魅力". Saga Shimbun (yaponca). 31 oktyabr 2023. 29 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2024.
  5. 1 2 3 "佐賀バルーンミュージアム開館". Yomiuri Shimbun (yaponca). 2 oktyabr 2016. 4 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2024.
  6. "バルーンミュージアム 来館者10万人突破記念グッズ配布". Saga Shimbun (yaponca). 22 iyun 2017. 29 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2024.
  7. "展示案内". Muzeyin rəsmi saytı (yaponca). 29 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2024.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!