San Sibra de Las qalası

San Sibra de Las qalası
Castro de San Cibrao de Las
Xəritə
42°21′36″ şm. e. 8°01′48″ q. u.HGYO
Ölkə İspaniya İspaniya
Status tarixi abidə
Şəhər Orense
Yerləşir Qalisiya Qalisiya
Tikilmə tarixi e.ə. II əsr
Kəşf tarixi 1921
Uzunluğu 384 metr
Eni 314 metr
Material daş
Vəziyyəti xaraba
San Sibra de Las qalası (Qalisiya)
San Sibra de Las qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

San Sibra de Las qalası (qalis. Castro de San Cibrao de Las), La Siuda, Lambrisa, Lansbrika və ya Lanobrika qalasıİspaniyanın Qalisiya bölgəsində, Orense vilayətinin San Amaro və Punxin bələdiyyələri arasında yerləşən qədim qala və onun qalıqları. Bu qalanın ərazisində arxeoloji qazıntı yeri yerləşir. Qalanın e.ə. II əsrdən b.e. II əsrinə qədər istifadə olunduğu ehtimal olunur.

Qalada tanrı Banduaya həsr olunmuş qurbangah, qalanın ətrafında isə qədim Roma dövrünə aid yaşayış məntəqələri vardır.

Böyüklüyü Portuqaliyanın şimalındakı Santa Treqa qalası ilə müqayisə olunur.

Yeri

Qala San Amaro bələdiyyəsinin Las adlı hissəsində, San Xuan de Orantes məhəlləsindədir. Qalanın qalıqları 473 metr yüksəklikdə, San Trokado dağında yerləşmiş olub, 384 metr uzunluğunda və 314 metr genişliyində ərazini əhatə edir. Qalanın yaxınlığından Minyo çayı keçir. Təpə qalanın çay ilə görüşünə mane olur. 18 km uzaqlığında Orense şəhəri yerləşir. Yerləşdiyi yerdə yamacların az olması qalanın müdafiəsini çətinləşdirmişdir.[1][2]

Öyrənilməsi

1921-ci ildə burada Florentino Lopes və Visente Risko tərəfindən ilk arxeoloji qazıntı işləri başladılmışdır.

1922-ci ildə onlar dördbucaqlı bir tikilinin bünövrəsini kəşf etmişdirlər. Onların işləri 1925-ci ilə qədər davam etmişdir. Apardığı işlərdən sonra bir çox tikili kəşf edilmişdir. Bu iş qalanı tamamilə öyrənmək üçün aparılmışdır.

Xaquin Lorenzo və Suvilyas tərəfindən 1948-ci ildə ikinci arxeoloji qazıntı işlərinə start verilmişdir. Ərazinin qərb cinahı tamamilə qazılmışdır. 1953-cü ildə 3-cü Beynəlxalq Arxeolgiya Konqresinə qatılanlar bu qalanı da ziyarət etmişdirlər. Qalanın qalıqları sonrakı illərdə talan üzündən zərər görmüşdür. Ferro Soselonun rəhbərliyi ilə bu təhlükə aradan qaldırılmışdır. 1980-ci ildə burada təmizlik və bərpa işləri aparılmışdır.

Qazıntı işlərində tapılan tapıntılar hazırda Orense Arxeologiya Muzeyində sərgilənir.

Qalereya

İstinadlar

  1. "Arxivlənmiş surət". 2015-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-30.
  2. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-30.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!