San-Sebastyan çizkeyki |
---|
|
Mənşəyi |
|
San-Sebastyan çizkeyki, Bask çizkeyki, La Vina San-Sebastyan yanmış çizkeyki — fırında bişilən bu çizkeyk resepti ilk dəfə 1990-cı illərdə San-Sebastyan şəhərinin köhnə məhəllələrindən biri olan 31 de Agosto küçəsində yerləşən La Vina adlı kiçik bir şirniyyat mağazasında hazırlanmışdır.[1][2] Hal-hazırda dünyanın bir çox şirniyyat mağazalarında bu şirniyyatın satışı həyata keçirilir.
San-Sebastyan çizkeyki Tarta de queso və ya yandırılmış çizkeyk kimi də tanınır. Dadı ilə yanaşı görünüşü ilə də diqqəti özünə cəlb edən bu ləzzətli desertin sirri, tərkibindəki pendirin yumşaqlığındadır. Onun digər çizkeyklərdən fərqi də altlıq hissəsinin olmamasıdır. Onu bir neçə sadə inqrediyentlə hazırlayaraq süfrəyə təqdim etmək mümkündür.
Çizkeyk yüksək temperaturda bişirilməlidir. Yüksək temperatur çizkeykin üst hissəsini effektiv bir formada karamelize edir, daxili hissəsini isə kremli və qaymaqlı saxlayır.
İstinadlar