San Paulu Universiteti (port. Universidade de São Paulo, USP) — Braziliyanın San-Paulu şəhərində yerləşən ali təhsil müəssisəsi.
Tarixi
San-Paulu Universiteti 1934-cü ildə yaradılmışdır. Həmin dövrdə buraya Avropanın yalnız məşhur professorlarını işə götürürdülər.[4]
Fəaliyyəti
Hazırda bu universitet Braziliyanın ən tələbkar universitetidir.[4] Burada hər il ABŞ-nin istənilən universiteti ilə müqayisədə daha çox elmlər doktoru yetişdirilir.[4] Lakin Dünyanın ən zəngin universiteti olsa da, öz vəsaitlərindən səmərəli istifadə edə bilmir.[4] Beynəlxalq elmi işçilər birliyi ilə az əməkdaşlıq edir.[4] Fəaliyyəti əsasən ölkənin daxili tələbatının ödənilməsinə yönəlmişdir.[4]
Tədris
Tədris yalnız portuqal dilində aparılır.
Kontingent
Tələbələrinin əksəriyyəti San-Paulu ştatının sakinləridir, yalnız 3%-i əcnəbilərdir.[4] Müəllimlərinin əksəriyyəti isə həmin universitetin məzunlarıdır.[4] Əcnəbilərə burada müəllimlik etmək və xarici dildə doktorluq dissertasiyası müdafiə etmək qadağan edilmişdir.[4]
Xarici əlaqələri
Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.[5]
Reytinqi
CWUR 2015 reytinqində Braziliya üzrə 1-ci, Dünya üzrə isə 132-ci pillədə olmuşdur.[6]
Şəkilləri
Həmçinin bax
İstinadlar
Xarici keçidlər