San-Karlo teatrı (it. Teatro di San Carlo) — İtaliyanın Neapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.
1815—1822-ci illərdə teatra Coakkino Rossini, 1822—1838-ci illərdə — Qaetano Donizetti, 1850-ci illərdə isə — Nikola Boksa rəhbərlik etmişdir. Bina 1816-cı il yanğınından sonra yenidən tikilmiş, 1845, 1854-cü illərdə və 1943-cü ildə II Dünya müharibəsi dövründəki bombardmanlardan sonra təmir və bərpa edilmişdir.
Həmçinin bax
Xarici keçidlər
- ↑ catalogo.beniculturali.it. 2014.