Sabit məzənnə sistemi

Sabit məzənnə — hər hansı bir valyuta məzənnəsinin digər bir valyutalar səbətinə və ya hər hansı bir valyuta məzənnəsinin qızıl kimi dəyər ölçülərinə qarşı təyin olunduğu valyuta məzənnəsinin bir növüdür.[1] [2]

Hər hansı bir valyutanın dəyərini sabitlərdirmək üçün həmin valyuta bir başa başqa bir beynəlxalq əhəmiyyətli və ya daha stabil məzənnənin təyin olunmuş nisbətinə istinad edilir. Beləliklə, hər hansı valyuta ilə istinad edilmiş valyuta arasındakı valyuta məzənnəsi, çevik mübadilə rejimindən fərqli olaraq, bazar şərtlərinə əsasən dəyişmir. Bu proses, hər iki valyutanın xas olduğu iki sektor arasında ticarət və investisiyaların daha asan və daha çox proqnozlaşdırılmasını təmin edir və əsasən, xarici valyutadan geniş istifadə edilən və xarici ticarəti ÜDM-nin böyük bir hissəsini təşkil edən kiçik iqtisadiyyatlar üçün faydalıdır.[3] [4] [5] Həs hansı bir sabit valyuta məzənnəsi sistemi valyutanın davranışına nəzarət etmək üçün də istifadə edilə bilər; məsələn: inflyasiyanın dərəcələrini məhdudlaşdırmaq üçün. Bunu etməklə, cari valyutanın istinad dəyərinə nəzarət edilir. Beləliklə, istinad edilmiş valyutanın dəyərinin yüksəldiyi və ya düşdüyü zaman, ona istinad edən hər hansı bir valyutanın dəyəri də digər valyutalara və qiymətli pul vahidləri ilə ticarət edilə biləcəyi əmtəələrin dəyərinə nisbətdə artır və ya düşür. Əlavə olaraq, mükəmməl sərmaye çevikliyi fərziyyəsinə söykənən Mundell-Fleminq modelinə əsasən sabit bir məzənnə sistemi hökumətə makroiqtisadi sabitliyə nail olmaq üçün daxili pul siyasətindən istifadə etməyə mane olur.[6] [7]

Sabit məzənnə sistemində, bir ölkənin mərkəzi bankı açıq bazar mexanizmini istifadə edir və istinad nisbətinin sabit dəyərini saxlamaq məqsədilə hər zaman həmin valyutanı müəyyən bir qiymətlə almaq və ya satmağa hazır olur. Milli valyutanın devalvasiyası zamanı mərkəzi bank ehtiyatda olan xarici pulu satır və milli valyutanı geri alır. Bu, daxili məzənnə üçün süni tələbat yaradır və bu proses, milli məzənnənin dəyərini artırır. Milli valyutanın arzu olunmaz bir şəkildə dəyərinin artması nəticəsində, Mərkəzi Bank xarici pulları alır və bu səbəbdən milli pullara tələb yarandığına görə milli məzənnənin dəyəri istinad edilən məzənnəyə nisbətdə azalır. Mərkəzi bank ödənişlərin balanslaşdırılmasını maliyyələşdirmək üçün lazım olan aktivləri və xarici valyutanı öz ehtiyatlarından təmin edir.[1]

Cari dövrdə, böyük iqtisadiyyatlarla əlaqəli olan valyutalara adətən nəzarət edilmir. Sabit məzənnə sistemini istifadə edən son iri iqtisadiyyat, 2005-ci ilin iyul ayında “idarə olunan məzənnə” adlanan bir qədər daha çevik məzənnə sistemi qəbul edən Çin Xalq Respublikası idi. Avrozonaya qoşulan ölkələrin yerli valyutalarından avroya qarşı yekun konvertasiya məzənnəsi yaratmaq üçün Avropa Valyuta Məzuniyyəti Mexanizmi də müvəqqəti olaraq fəaliyyətdədir.

İstinadlar

  1. 1 2 Dornbusch, Rüdiger; Fisher, Stanley; Startz, Richard. Macroeconomics (Eleventh). New York: McGraw-Hill/Irwin. 2011. ISBN 978-0-07-337592-2.
  2. Kreinin, Mordechai. International Economics: A Policy Approach. Pearson Learning Solutions. 2010. 438. ISBN 0-558-58883-2.
  3. Bordo, Michael D.; Christl, Josef; Just, Christian; James, Harold. OENB Working Paper (no. 92) (PDF). 2004. 2014-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-09.
  4. Bordo, Michael. Gold Standard and Related Regimes: Collected Essays. Cambridge University Press. 1999. ISBN 0-521-55006-8.
  5. Salvatore, Dominick. International Economics. John Wiley & Sons. 2004. ISBN 978-81-265-1413-7.
  6. Cooper, R.N. International Finance. Penguin Publishers. 1969. 25–37.
  7. Garber, Peter M.; Svensson, Lars E. O. The Operation and Collapse of Fixed Exchange Rate Regimes // Handbook of International Economics. 3. Elsevier. 1995. 1865–1911. doi:10.1016/S1573-4404(05)80016-4.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!