"Yaz işləri ilə bağlı bayramların ən böyüyü
Sabantuy və ya Səpin toydur. Bu bayram yazdakı səpin ilə bağlıdır.
Müasir dövrdə yaz şumu çıxarıldıqdan və torpaq əkin üçün hazırlandıqdan
sonra keçirilir. Sabantuy xalqın könüllü şəkildə bir yerə toplanaraq qeyd
etdikləri musiqili-dramatik tamaşadır. Kənddə yaranan bu bayram
sonralar şəhərlərə də yayılmış və təntənəli şəkildə qeyd olunmağa
başlanmışdır[1].
Sabantuyda:
1) Uşaqlar yeyən yeməklər bişirilir. Məsələn, "Zərə botkası";
2) Uşaqların boyanmış yumurta döyüşdürməsi;
3) At minən gənclərin yumurta döyüşməsi və çay qırağında və ya
meşədə gəzməsi;
4) Müxtəlif geyimlər geymiş kişilərin yumurta döyüşməsi;
5) Sabantuya "büləklər jıyu";
6) Meydanda yarışlar təşkil etmək;
7) Gənclərin könül açmaları.
Meydan yarış və tamaşalarına 10 gün qalmış gənclərin at cıdırı təşkil
olunur. Buna "at ayağın qızdırmaq" deyilir[2].
İstinadlar
↑Urmançe F. Tatar xalık ijatı. Kazan, Məqarif, 2002, səh. 62
↑Urmançe F. Tatar xalık ijatı. Kazan, Məqarif, 2002, səh.62
Mənbə
Лепехин И.И. Дневные записки путешествия академика Ивана Лепехина по разным провинциям Российского государства: в 1768, 1769 и 1770 году. СПб., 1795–1802;