SSRİ tarixi (rus. История СССР) — 1922–1991-ci illərdə mövcud olmuş SSRİ dövlətinin tarixi.
1922–1953-cü illər
1953–1985-ci illər
1985–1991
11 mart 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Birinci katibi vəzifəsinə Mixail Qorbaçov təyin olunur
24 fevral 1985-ci il, M. Qorbaçov Rusiya Federasiyası Ali Sovetinə və yerli sovetlərə seçkilərdə səs verir. 2 həftədən sonra Sov.İKP Siyasi Bürosunun üzvü olan Qorbaçov Baş katib seçilir. 19 noyabr 1985-ci ildə İsveçrədə M. Qorbaçov Cenevrə sammitində ilk dəfə olaraq ABŞ prezidenti Ronald Reyqanla görüşür. Ardınca 25 fevral, 1986-cı ildə Kommunist Partiyasının 27-ci qurultayında Qorbaçov aşkarlıq siyasətini elan edir. 2 aprel, 1986-cı ildə Yakutskda yerli yakutlarla miqrant rusiyalılar arasında toqquşma baş verir. Bu münaqişə Qorbaçov hakimiyyətə gələndən sonra etnik zəmində ilk münaqişə sayılır. 26 aprel, 1986-cı ildə partlayış nəticəsində Çernobıl atom elektrik stansiyası tamamilə dağılır. 16 dekabr, 1986-cı ildə məşhur dissident Andrey Saxarov ev dustaqlığından azad olunur, onun Qorki sürgünündən Moskvaya qayıtmasına icazə verilir. 16–19 dekabr, 1986-cı ildə Almatıda Jeltoqsan iğtişaşları baş verir. Qazaxıstan Kommunist partiyasının birinci katibi vəzifəsinə Kumayevin yerinə millətcə rus Gennadiy Kolbinin təyin edilməsinə qazax gənclər etiraz etdilər. Etirazları yatırarkən yüzlərlə adam yaralandı, ölənlər oldu. 27 yanvar, 1987-ci ildə Qorbaçov Mərkəzi Komitənin plenumunda yenidənqurma (perestroyka) siyasətini elan edir. İyun-iyul, 1987-ci ildə Krım tatarlarının Qızıl Meydanda kütləvi etiraz aksiyaları zamanı onlar öz torpaqlarına qayıtmağı tələb edirdilər. Bu, Sovet İttifaqında ilk təşkil olunmuş etnik aksiya idi. Xarici media, xüsusilə Azadlıq radiosu, Amerikanın səsi and BBC bu aksiya barədə geniş məlumat verəndən sonra Sovet mətbuatı hadisə haqda kiçik məlumat verməyə məcbur oldu. Sonda Krlm tatarları Sovet rəhbərliyi ilə görüşüb tələblərini çatdıra bildilər. 21 oktyabr, 1987-ci ildə Kommunist partiyası Moskva şəhər komitəsinin sədri və Siyasi Büro üzvü Boris Yeltsin Mərkəzi Komitənin iclasında islahatların tempinin zəif olmasına görə Qorbaçovu sərt tənqid edir. 11 noyabrda Yeltsin partiya vəzifələrindən çıxarılır. 8 dekabrda Vaşinqtonda Reyqan-Qorbaçov sammiti keçirilir. Avropada orta-mənzilli nüvə silahlarının ləğvinə dair İNF sazişi imzalanır. 15 yanvar 1988-ci ildə Kişinyovda Moldova SSR-də Alekse Mateevice adına Ədəbiyyat Klubunun yaradılması, sonradan bu klub Moldova Xalq Cəbhəsinin ziyalı özəyinə çevrildi. Alekse Mateevice (1888–1917) Rumın şairi və "Limba Noastra"nın (Bizim dilimiz) müəllifidir. O, həm də Bessarabiyada yerli əhalinin rumın mənsubiyyətini güclü dəstəkləyənlərdən olub. Fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin yerli soveti SSRİ Ali Sovetinə müraciət edərək Ermənistan Sovet Sosialist respublikasına daxil olmaq istəyir. İrəvanda yüz minlərlə erməni küçələrə çıxıb bu təklifə dəstəyini bildirir və qeyri-formal təşkilat olan "Qarabağ Komitəsi" formalaşır. Ermənilərlə toqquşmada bir azərbaycanlının ölümü barədə sovet mediasının yazdıqları Bakıdan şimalda yerləşən Sumqayıt şəhərində ermənilər əleyhinə kütləvi çıxışlara səbəb olub. Rəsmi xəbərlərdə 30 nəfərin öldüyü deyilir, ermənilər bu rəqəmin daha yüksək olduğunu iddia edirlər. Mart ayında Dağlıq Qarabağ Vilayət sovetinin qərarına cavab olaraq baş katib Mixail Qorbaçov bəyan edir ki, sovet respublikalarının sərhədləri dəyişməzdir. Moskva Dağlıq Qarabağa yardım və investisiya paketi elan edir.
14 aprel 1988-ci ildə 1989-cu il fevralın 15-cən sovet əsgərlərinin Əfqanıstandan çıxarılmasına dair Cenevrə Sazişi imzalanıb. SovİKP-nin 19-cu Qurultayında Qorbaçov Xalq Deputatları Sovetinə seçkiləri elan edir. Sentyabr-oktyabr aylarında etnik təmizləmələrdən sonra, Dağlıq Qarabağ və Ermənistandan azərbaycanlılar Azərbaycana qaçır. Dekabr ayında Qarabağ Komitəsinin üzvləri həbs olunub Moskvaya aparılır, orada onları 1989-cu ilin mayına kimi həbsdə saxlayırlar. yanvar 1989-cu ildə Moskva Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində birbaşa idarəçilik təqdim edir, ancaq noyabrın sonunda onu götürür. Sovet ordusunun müdaxiləsi Azərbaycan və Ermənistan arasında vəziyyəti daha da gərginləşdirir. 16 fevral 1989-cu ildə Ukraynanın Perstroyka üğrunda Xalq Hərəkatı manifestini dərc edib milli dirçəlişə və müstəqilliyə çağırır. Mart ayında Xalq Deputatları Sovetinə keçirilən seçkilərdə anti-kommunistlər böyük uğur qazanır: Boris Yeltsin, Andrey Saxarov, Anatoly Sobçak və digər demokratlar Sovet parlamentində yer qazanırlar. 9 apreldə Sovet qoşunları Tbilisidə müstəqillik nümayişləri iştirakçılarına hücum edir, 20 nəfər ölür. 20 mayda Moldovada Xalq Hərəkatının yaradılması tələb olunur. 25 may-9 iyunda Xalq Deputatları Sovetinin ilk iclası keçirilir. Canlı televiziya yayımında Saxarov Qorbaçovla toqquşur. İyun-iyul aylarında Qarabağ ermənilərinin separatçılıq tələbinə etiraz olaraq Bakıda kütləvi etiraz nümayişlərinə səbəb olur. Bu nümayişlərdə qeyri-formal təşkilat Azərbaycan Xalq Cəbhəsi yaranır (16 iyul 1989). Avqust ayında Azərbaycandan Ermənistan və Dağlıq Qarabağa gedən dəmiryol nəqliyyatının hərəkəti dayandırılır. 23 avqustda Baltik respublikalarının sakinləri 600 km-lik insan zənciri qurmaqla Molotov-Ribbentrop paktının 50-ci ildönümünü qeyd edirlər. Tədbirdə 1 milyon insan iştirak edib. 9 noyabrda Berlin Divarı dağıdılır. 2–3 dekabrda Qorbaçov və ABŞ prezidenti Corc Buş Malta samitində Soyuq Müharibənin bitdiyini elan edirlər. 14 dekabrda Andrey Saxarov Xalq Deputatları Sovetində münaqişəli iclasdan qayıdandan sonra vəfat edir.
yanvar 1990-cı ildə Sovet rəhbərliyi Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində fövqəladə vəziyyət elan edir. 19–20 yanvarda Qara yanvar hadisələri zamanı Sovet ordusu Bakıda nümayişçilərə hücum edir. Müxtəlif rəqəmlərə görə, hadisələrdə 93–300 adam ölüb. 22 yanvarda üç milyon ukraynalı ölkənin qərbi Lvov şəhərindən paytaxt Kiyevə doğru insan zənciri qurmaqla Birləşmə Gününü 71-ci ildönümünü qeyd edir. Həmin gün Ukrayna Milli Respublikası ilə Qərbi Ukrayna Milli respublikası bir ölkə kimi birləşib. 7 fevralda Mərkəzi Komitə Konstitusiyanın 6-cı maddəsini ləğv edir, bununla Kommunist partiyasının hakimiyyət üzərindəki monopoliyası götürülüb. Ali Sovetin deputatı Boris Yeltsin fevralın 4-də Moskvanın Qızıl meydanındakı mitinqdə çıxış edir. Sovet ittifaqının demokratikləşməsi tələbi ilə keçirilən bu mitinqdə yüz minlərlə adam iştirak edirdi. 12 fevralda Tacikistanda baş verən qanlı iğtişaşlarda 28 nəfər həlak olur. Düşənbədə sovet ordusu ilə etirazçılar arasındakı toqquşmalara baxmayaraq mərkəzi meydana dindarların kütləvi ibadəti keçirlir. 11 mart, 1990-cı ildə Litva müstəqilliyini elan edən ilk sovet respublikası olur. 15 martda Xalq Deputatları Soveti Mixail Qorbaçovu SSRİ-nin prezidenti seçir. Mixail Qorbaçov ilk Sovet prezidenti kimi and içir. 4 may 1990-cı ildə Latviya müstəqilliyini elan edir. 12 iyun 1990-cı ildə Rusiya Sovet Federal Sosialist Respublikası (RSFSR) SSRİ-dən ayrıldığını elan edir. 23 iyun 1990-cı ildə Moldova SSR SSRİ-dən ayrıldığını elan edir. 1–11 iyulda Qorbaçov Kommunist Partiyasının 28-ci və sonuncu qurultayında yenidən baş katib seçilir. 15–16 iyulda Qorbaçovla Qərbi Almaniyanın kansleri Helmut Kol birləşmiş Almaniyanın NATO-ya qoşulması barədə razılıq əldə edir. 16 iyulda Ukrayna Ali Soveti Milli Suverenlik Bəyannaməsini qəbul edir. Sənəddə Ukrayna vətəndaşlığı, iqtisadi, mədəni və təhsil müstəqilliyi bəyan edilir. 27 iyul 1990-cı ildə Belarus müstəqilliyini elan edir. 23 avqust 1990-cı ildə Ermənistan müstəqilliyini elan edir. 30 avqust, 1990-cı ildə Tatarstan Ali Məclisi suverenlik aktını qəbul edir, (Rusiyadan ayrı) qanunlarının aliliyini elan edir. 2 sentyabrda Tiraspolda Moskvanın dəstəklədiyi yerli elita Dnestryanı Moldova SSR-in yaradıldığını elan edir. Moldovanın birliyi və separatçı Dnestryanı regionun müstəqilliyini dəstəkləyənlər arasında toqquşma baş verir. 25 oktyabr 1990-cı ildə Qazaxıstan SSRİ-dən ayrıldığını elan edir. 23–25 noyabr Çeçen xalqının Ümummilli Konqresi Qroznıda 1.000 nümayəndə ilə toplaşır. General Cövhər Dudayev İcra Komitəsinin sədri seçilir. Cövhər Dudayev çeçen prezidenti kimi and içir. 27 noyabrda Çeçen-İnquş Respublikası müstəqil elan olunur. 15 dekabr 1990-cı ildə Qırğız parlamenti ölkənin rəsmi adından 'Sovet' və 'Sosialist' sözlərini çıxarandan sonra, SSRİ-dən suverenliyini elan edir.
11–13 yanvar 1991-ci ildə Vilnüsda yanvar hadisələri baş verir. Sovet əsgərləri 13 nəfəri öldürür. 13–20 yanvarda Kommunist qüvvələr Litva və Latviyada demokratik qüvvələr əleyhinə çevrilişə cəhd edir. Riqada Azadlıq heykəli önündə barrikadalar qurulur. Minlərlə silahsız insan sovet ordusuna qarşı dayanır. Mart ayında Qorbaçovun SSRİ-nin yenidən Birləşməsinə (Saxlanmasına) dair Sazişi referendumda qəbul olunur.
Xarici keçidlər