SSRİ prezidenti (rus. Президент СССР) — 1990–1991-ci illərdə SSRİ-də dövlət başçısı vəzifəsi.
Sovet İttifaqının Prezidenti vəzifəsi 15 mart 1990-cı ildə SSRİ Xalq Deputatlarının III fövqəladə qurultayı tərəfindən SSRİ Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi ilə təqdim edilmişdir.[1] Bundan əvvəl SSRİ-də ən yüksək vəzifəli şəxs SSRİ Ali Sovetinin sədri idi.
Bu vəzifəni tutan yeganə şəxs ən yüksək dövlət vəzifəsini partiya vəzifəsi ilə birləşdirən Mixail Qorbaçov olmuşdur.
Prezidentlər
İstinadlar
Xarici keçidlər