Sədəqə (din)

Sədəqə — Allah rızası üçün verilən mal, pul, elm kimi insanın möhtac olduğu hər şeyə sədəqə deyilir.

Haqqında

Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır. Hər kəsin maddi vəziyyəti eyni deyil. Kimi varlı, kimi isə kasıbdır. Müsəlmanlar arasında varlılar olduğu kimi kasıblar da hər zaman olmuşdur. Hamının mövqeyindən və vəziyyətindən asılı olmayaraq maddi-mənəvi müəyyən şeylərə ehtiyacı var. Bu səbəbdən varlı müsəlman “mən hər il zəkatımı verirəm” deyib xeyir işlərdən uzaq durmamalı, kasıb müsəlmanlar da “biz varlı deyilik” deyərək xeyirxahlıqdan geri qalmamalıdır. Yardımlaşma sadəcə mal ilə olmur. Bir çox yardımlaşma növləri var. “Malı olan malıdan, elmi olan elmindən, gücü olan gücündən sədəqə versin” sözü bu həqiqəti çox gözəl ifadə edir. Yardımlaşma Qurani-Kərimdə ən gözəl şəkildə “infaq” kəlməsilə ifadə edilmişdir. İnfaq kəlməsi fərz, vacib və məndub olan bütün zəkat və sədəqə və yardımlaşma növlərinin hamısını əhatə edir.

Xeyir işlər görmək istəyən hər insan üçün maddi vəziyyətindən asılı olmayaraq savab qazanmaq, yaxşlılıq və insanlara yardım etməklə Allahın rizasına nail olmaq kimi bir çox xeyirxahlıq növləri var. Buna görə heç kim “mən yaxşlıq etmək istəyirəm amma imkanım yoxdur. Bilmirəm nə edim?” deyə bəhanə gətirə bilməz. Müsəlman olan hər kəs öz imkanı nisbətində sədəqə verə bilər. Çünki hər kəsin öz imkanına görə savab qazana biləcəyi sədəqə növü var. Bunları Peyğəmbərimiz (s.ə.s) hədislərində izah etmiş və birbaşa göstərərək bizlərə ən gözəl nümunə olmuşdur. Hədislərdə bildirilən və ictimani həyatın bir çox sahələrini əhatə edən nafilə sədəqə və yardımlaşma şəkilləri bunlardır: Sədəqə verməyin dünyada da, axirətdə də bir çox faydaları var. Ən fəzilətli sədəqələrdən birisi ehtiyac sahibi olan insanın, ehtiyaclarını qarşılamaq kimi, nümunələri göstərə bilərik. Sədəqə həmçinin verəcək olan şəxsin vəziyyətinə görə dəyişməkdədir. Sədəqə günahlara kəffarə, Cəhənnəm atəşinə qarşı sipərdir. Bəla və müsibeətləri dəf edir. İnsan ondan yardım istəyəni boş qaytarmamalı, əlindən gəldiyi qədər kömək etməyə çalışmalıdır. Bundan əlavə sədəqənin gizli verilməsi daha fəzilətlidir. Çünki kənardan bilən şəxslər olarsa insanın özündən asılı olmayaraq riyaçılıq etmiş olar. Bunun haqqında hədislər şoxdur. Belə ki, Allah Rəsulu buyurmuşdur: Üç şey var ki, yaxşılığın xəzinələrindəndir onlardan biri (insanın) verdiyi sədəqəni gizləmişdir.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!