Məzmun
İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır...
Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır.
Film haqqında
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Əkrəm Əylisli
- Quruluşçu rejissor: Tofiq İsmayılov
- Quruluşçu operator: Valeri Kərimov
- Quruluşçu rəssam: Kamil Nəcəfzadə
- Bəstəkar: Tofiq Quliyev
- Səs operatoru: Vladimir Savin
- Mahnıların mətni: Fikrət Qoca
- Rejissor: Yusif Əlizadə
Rollarda
- Məlahət Abbasova-Sürəyya
- Ülvi Məmmədov-Əli
- Yaşar Nuri-Musa
- Pyotr Qlebov-Kolya dayı
- Tofiq Mirzəyev-Məmməd
- Hacı İsmayılov-Qeysər
- Elmira Şabanova-Bəyaz xala
- Rza Xudiyev-Seyfəddin
- Emil Paşayev-Ququş
- Muxtar Avşarov-Kənd sakini
- Gündüz Abbasov-Gündüz
- Dadaş Kazımov-Kənd sakini
- Sofa Bəsirzadə-Kənd sakini
- Muxtar Maniyev
- Səidə Quliyeva-Müəllimə
- Tariyel Qasımov
- Naibə Allahverdiyeva-südçü qız
Şəkil
Mənbə
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə