Rəşid Məmmədəliyev |
---|
|
Tam adı |
Rəşid Elşad oğlu Məmmədəliyev |
Vətəndaşlığı |
|
Doğum tarixi |
21 aprel 2000(2000-04-21) (24 yaş) |
Ağırlıq dərəcəsi |
73 |
|
Gümüş |
2021 Çendu |
73 Kq.
|
Bürünc |
2021 Çendu |
komanda
|
|
30.07.2024 tarixində yenilənib. |
Vikianbarda əlaqəli mediafayllar |
Rəşid Elşad oğlu Məmmədəliyev (21 aprel 2000) — Azərbaycan cüdoçusu, cüdo üzrə Azərbaycan yığmasının üzvü, 23 yaşadək cüdoçular arasında Avropa çempionu (2019), Böyük Dəbilqə və Qran Pri turnirlərinin dördqat qalibi (2023, 2024), XXXI Dünya Universiadasının gümüş mükafatçısı, Azərbaycan çempionu (2023).
Həyatı
Rəşid Məmmədəliyev 21 aprel 2000-ci ildə anadan olub.
O, 2019-cu ilin noyabrında İjevskdə finalda rusiyalı Ayub Xajəliyevə qalib gələrək 23 yaşadək cüdoçular arasında Avropa çempionu olub.[1] 2022-ci ildə Celjedə Avropa Kubokunu əldə edib.[2]
2023-cü ilin may ayında Məmmədəliyev Linsdə keçirilən Qran Pridə gümüş medal qazanıb.[3] Məmmədəliyev 2023-cü ilin iyununda Azərbaycanın kişi cüdo yığmasının tərkibində Krakovda keçirilən III Avropa Oyunlarında iştirak edib. Həmin ilin iyul ayında Çenqduda keçirilən XXXI Ümumdünya Universiadasında 73 kq çəki dərəcəsində gümüş medal (finalda yapon Tatsuki İşiharaya uduzub)[4] və komanda turnirində bürünc medal qazanıb. Bürünc uğrunda komanda mübarizədə Monqolustan yığmasını məğlub edib.[5] 2023-cü ilin oktyabrında Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc uğrunda mübarizədə ABŞ-dan olan Cek Yonezukini məğlub edərək bürünc medal qazanıb.[6]
2023-cü ilin dekabrında Məmmədəliyev Azərbaycan çempionatının qalibi olub.[7]
2024-cü ilin fevralında Məmmədəliyev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində yarımfinalda həmyerlisi Hidayət Heydərova, bürünc uğrunda döyüşdə isə kanadalı Artur Margelidona uduzaraq beşinci yeri tutub.[8] 2024-cü ilin martında o, Linsdə keçirilən Qran Pridə ikinci yeri tutaraq finalda Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanova uduzub.[9] Ayın sonunda Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin finalına yüksələ bilib və burada yenə Osmanova məğlub olub.[10]
İstinadlar
Xarici keçidlər