Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Rəşad Məmmədov.
Rəşad Eynəddin oğlu Məmmədov (31 oktyabr 1973, Kirovabad) — Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri[2], diplomat, hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru.
Tərcümeyi-halı
Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.
Təhsili
- 1990–1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
- 2002–2004 — G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib.
- 2017–2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib və hüqüq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti
- 1990–1992 — Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.
- 1992–1994 — Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.
- 1995–1996 — Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub
- 1996–2000 — Bakı Hərbi Prokurorunun köməkçisi
- 2000–2001 — Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe
- 2001–2006 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib.
- 2006–2008 — Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri
- 2008–2010 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib.
- 2010 — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilmişdir.
- 2010–2015 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olmuşdur.
- 2015–2021 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri.
- 2017 — Prezidentin Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.
- 26 iyul 2021 ildən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri
Xarici dillər
Rəşad Eynəddin oğlu Məmmədov ingilis və rus dillərini bilir.
Təltiflər
- Qazaxıstan Respublikasının Prezidenti K. J. Tokayevin Sərəncamı ilə 2-ci dərəcəli "Dostluq" ordeni ilə təltif edilib (2021);
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib (2019);
- Qazaxıstan Respublikasının Prezidenti N. Nazarbayevin Sərəncamı ilə "Qazaxıstanın müstəqilliyinin 25 illiyi" medalı (2018);
- Qazaxıstan Prezidenti N. Nazarbayevin Sərəncamı ilə Qazaxıstan Xalqı Assambleyasının "Birlik" qızıl medalı;
- "Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı (2019);
- "Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (2019);
- "Qazaxıstan Respublikası Diplomatik Xidmət Orqanlarının 25 illiyi" xatirə medalı (2017);
- Qazaxıstan Daxili İşlər Nazirliyinin "Beynəlxalq əməkdaşlığın inkişafındakı töhfəsinə görə" medalı;
- TÜRKSOY-un "Türk dövlətlərinin müstəqilliklərinin 25 illiyi" medalı (2017);
Ailə vəziyyəti
Evlidir, üç övladı var.
Kitab və Elmi məqalələri
- Криминологические проблемы противодействия преступности мигрантов. Монография — Алматы, 2022.
- Социально-экономические процессы, обуславливающие миграцию населения в Республике Казахстан. Материалы международной научно-практической конференции, посвященной 150-летию города Актобе и Году молодежи, 07 июня 2019 года, Актобе: Актюбинский юридический институт МВД РК им. М. Букенбаева, 2019. -с. 260, Стр. 122–128, aui-aktobe.kz
- Особенности криминологической характеристики преступности мигрантов в Казахстане. Сборник материалов Международной научно-практической конференции, 25 марта 2020 года, Москва, /Науч.ред. Н.А. Силенко. М.: АНО ВО ОГЭУ, 2020. 349 с., стр. 309–317, ogeu.ru/nauka/conf/25-marta-2020
- Immigration and Victimization in Adolescence and Adulthood: Findings from a Nationally Representative Sample (всоавторстве). (Иммиграция и преследование подростков и взрослых: Выводы из Национальной репрезентативной (типичные представители) выборки). JournalVictims&Offenders, UVAO-2020–0074
- Детерминирующие факторы преступности мигрантов в Казахстане. Norwegian Journal of development of the International Science № 44/2020, стр. 36–39;
- Социально-экономические меры предупреждения преступности мигрантов в Казахстане. "Наука в современном мире", Мультидисциплинарный научный журнал "Архивариус", выпуск 6(51) (20 июля 2020 г.), г. Киев. – 148 с., стр. 70–73, www.arhivarius.org.ua
- Общесоциальные меры профилактики преступности мигрантов в Казахстане. Международный научный журнал "Nationalsciencejournal", info@national-science.ru.
- Понятие и сущность преступности мигрантов. Вестник Евразийского национального университета им. Л. Гумилева. Серия Право.в печати).
- Криминологическая характеристика преступности мигрантов в Казахстане. Международный научный журнал "Ғылым" Костанайской академии МВД Республики Казахстан им. Ш. Кабылбаева.
- Криминологические особенности личности преступника-мигранта и его психологическая характеристика. Вестник Института законодательства и правовой информации Республики Казахстан Министерства юстиции Республики Казахстан.
- Конституционные гарантии прав мигрантов Казахстана в контексте международного законодательства. Материалы Международной конференции, посвященную 25-летию Конституции Республики Казахстан. 27 июля 2020 года, Нур-Султан.
- Понятие двойного гражданства и его толкование в законах Азербайджанской Республики. "Əдıл сот"- 2010. — № 6. — С.59–61.
- Азербайджан в миграционных процессах. Журнал "Фемида" № 12 (180),декабрь 2010 (Республиканский юридический научно-практический журнал "Фемида" № 12, 2010 год)
- Иностранцы и лица без гражданства в Азербайджане. "İRS-nasledie". -№ 2, 8. aprel 2008
- Избирательные права граждан, живущих за рубежом. "İRS-nasledie".-2008.-№ 4(34).-S. 22–24.
- Взаимоотношение государства и гражданина.
- Граждане Азербайджана за рубежом: правовая защита.Февраль 19, 2009. .
İstinadlar
Xarici keçidlər