Rüstəm Məmməd-Əmin Əffəndi (1934 – 1991) — azərbaycanlı və sovet entomoloqu. Ömrü boyu Cənubi QafqazınPulcuqluqanadlılarını araşdıraraq öyrənmişdir. O, əsasən ukraynalı entomoloq Nekrutenko ilə birgə fəaliyyət göstərmişdir.
Onun tərəfindən 90 mindən ibarət olan kəpənək kolleksiyası toplanmışdır. Ölümündən sonra kolleksiya Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutuna dövr edilmişdir. O, hətta kəpənəklərin şəkillərini belə çəkmişdir.
Satyrus effendi[2] (Satyrus effendi Nekrutenko, 1989) kəpənəyi onun şərəfinə adlandırılmışdır.
Ailəsi
Üç qız övladı var. Onlardan biri 1977-ci il təvəllüdlü fotoqraf Rəna Əffəndidir. Rəna 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğul olur. 2007-ci ildən Qrinberq qalereyası ilə müştərək fəaliyyət göstərir. 2013-ci ildən World Press Photo təşkilatının münsiflər heyətinin üzvüdür[3].
Ədəbiyyat
КОРШУНОВ Ю. П., ЭФФЕНДИ Р. М. Э. Критические замечания по фауне и систематике дневных бабочек (Lepidoptera, Rhopalocera) Закавказья. Сообщение І. — Вестн. зоологии 1: 50-55.
КОРШУНОВ Ю. П., ЭФФЕНДИ Р. М. Э. Критические замечания по фауне и систематике дневных бабочек (Lepidoptera, Rhopalocera) Закавказья. Сообщение ІІ. Вестн. зоологии . 3: 38-43.
ЭФФЕНДИ Р. М. Э. Обзор голубянок группы Lycaena phoenicurus group (Lepidoptera, Lycaenidae) с описание нового вида из Азербайджана. — Вестн. зоологии 4: 8-16, табл.
ЕФФЕНДІ Р. М. Е. Новий вид роду Lysandra (Lepidoptera, Lycaenidae) із Закавказзя. — Доп. Акад. наук Укр. РСР (Б) 7: 581—584, табл.; Докл. Акад. наук Укр. ССР (Б) 7: 583—585.