Rüfət Rauf oğlu Həsənov (24 aprel 1987, Bakı) — Azərbaycan kinorejissoru və ssenaristi,[1]Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri olub.[2] 23 Sentyabr 2023-cü ildə tutduğu vəzifədən azad edilib.[3]
Həyatı
Rüfət Həsənov 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bates Kollecindən məzun olub.
Fəaliyyəti
2013-cü ildə Elvin Adıgözəl ilə çəkdiyi "Buqələmun" tammetrajli bədii filmi Beynəlxalq Lokarno festivalının proqramına daxil olub. 2013–2017-ci illərdə Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib. 14–21 Avqust tarixlərində keçirilən 26-cı Sarayevo Film Festivalında "ən yaxşı rejissor" mükafatını qazanıb.[4]
Filmoqrafiya
- Force Majeure (2010)
- O, Sortie! (2010)
- İntim Yerlər (2013) (montaj)[5][6][7]
- Buqələmun (2013)
- Kədərim nurludur (2014)
- Kədərim (film, 2015) (qısametrajlı bədii film) (ssenari müəllifi, quruluşçu rejissor, montaj, rol)
- Yoxdur belə söhbət (2017)
- Daxildəki ada (film)
İstinadlar