Rvarud

Rvarud
38°41′43″ şm. e. 48°29′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.622 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 820 nəf.
Xəritəni göstər/gizlə
Rvarud xəritədə
Rvarud
Rvarud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

RvarudAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Əhalisi

Əhalisi 895 nəfərdir.[2] Kəndin tarixi ilə bağlı kompleks tədqiqat işi aparılmamışdır. Faktiki arxeoloji materiallara əsaslanıb demək olar ki, kənd ərazisində insanlar qədim dövrdən məskunlaşmağa başlamışlar. Belə ki, kəndin ərazisindəki "Şahzadə Əbülqasim" türbəsinin yuxarısından keçən yol düzəldilərkən Tunc dövrünə aid balta, nizə, nizə ucluqları, ox və qədim insanların məişəti ilə bağlı digər maddi mədəniyyət nümunləri tapılmışdır. Dini mənsübiyyətinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri əkinçilik, maldarlıq ve arıçılıqdır.

Toponimiyası

Eyniadlı çayın sahilində, Peştəsər silsiləsinin ətəyində yerləşən bu kənd sahilində yerləşdiyi çayın adını daşıyır.[3] Rvarud sözunun etimoloji mənası haqda müxtəlif mənbələrdə çoxlu versiyalar vardır. Onlardan bəziləri aşağıdakılardır:

Kənd 4 tərəfdən hündür dağlarla əhatə olunmuşdur. Bu dağlar bir-biri ilə üz-üzə olduğu üçün kəndin adı talışca "Rubəru" (üzbəüz) sözündən əmələ gələ bilər. Ehtimal edirlər ki, "rubəru" sözu müxtəlif mərhələlərdən sonra dəyişilərək öz əvvəlki formasını itirərək, müasir dövrdə işlənən rvaru (Rvarud) şəklinə düşmüşdur. Kənd ərazisində yaşamış qədim insanlardan gələn rəvayətə görə, kəndə az yağıntı düşdüyu üçün az yağıntılı olduğu üçün qədimdə bu kənd talışca "Nıvoru" (az yağıntılı çay) adlandırılmışdır. Budaq Budaqov və N.G.Məmmədovun müəllifi olduqları "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti"ndə "Rvarud" sözünün Lerik rayonundakı Rovərud çayının adından yarandığı qeyd edilir. "Ro" talış dilində "yol" və "kənar", "rud" isə "çay" mənasını verir. Beləliklə, kəndin adı "Yol kənarı çay" şəklində izah edilir.[4]

Coğrafiyası və iqlimi

Rvarud kəndi Lerik rayonun mərkəzindən 18 km olan məsafədə yerləşir. Kənd özünun qədim tarixi ilə tanınır. Veri, Çayrud, Tikəband, Anzolu, Andurma kəndləri ilə həmsərhəddir. Rvarudun iqlimi qışda soyuq, yayda mulayim olur.

Rvarud kəndi 5 məhəlləyə bōlünür:

  1. Cangiyəkujə–(Mir Cahangir ocağının böyür-başında yaşayanlar)
  2. Zəyrəkujə–(Zəyr,Zahir nəslin ulu babasının adıdır və məhəllə elə adlanıb)
  3. Təxiyəkujə–(Mirtağı babanın nəsil-nəcabətinin yaşadıqları oba)
  4. Pekujə–(Yuxarı məhəllə,yuxarı oba)
  5. Jikujə–(Aşağı məhəllə,aşağı oba)

Rvarud əsasən dağlıq və qismən düzənlik relyefə malikdir. Kəndin ortasından onu iki hissəyə bölən Rvarud çayı axır. Ərazisində Biləband, Cəngəsə, Hıryəsə, Səhal adlı təpə və dağlar mövcuddur. Həmçinin, kəndin ərazisində 4 süni göl mövcuddur. Bu göllərin suyu əkinlərin suvarılmasında istifadə olunur. Kəndin ərazisində şirin su mənbələri olan təbii bulaqlar mövcuddur.[mənbə göstərin]

Görkəmli şəxsiyyətləri və ziyalıları

Kəndin görkəmli şəxsiyyətləri sırasında aşağıdakıları qeyd etmək olar:

  1. Elman İskəndərov — texnika üzrə fəlsəfə doktoru. ADNSU-nun dosenti, "İlin Vətənpərvər tədqiqatçı alimi" mükafatının və qızıl medalının laureatı
  2. Eldar İsgəndərzadə — ssenari müəllifi, şair-dramaturq.İctimai TV-nin deportament rəhbərinin müavini.
  3. Səxavət Hacıyev — Rvarud şəhidi (Qarabağ müharibəsində şəhid olmuşdur).
  4. Etiqat Hacıyev — Rvarud şəhidi (Qarabağ müharibəsində şəhid olmuşdur).

Rvarud kəndi eyni zamanda üzunömurlülər kəndi kimi də tanınır. Kəndin 60-dan çox sakini II Dünya Müharibəsinin iştirakçısı olmuşdur. Həmçinin, Qarabağ müharibəsində kənd 3 şəhid vermişdir.

Kəndin sərhədləri

Rvarud kəndi qonşu Çayrud kəndi tərəfindən Lildiqo deyilən yerlə sərhəddir. Şərqdən kəndi dəniz səviyyəsindən 1921 m yüksəklikdə yerləşən Cangəsə dağı əhatə edir. Kənd cənub-şərqdən Veri kəndi ilə həmsərhəddir. Kənd qərbdən Anzolu-Təngəbin kəndləri ilə sərhəddir. Kəndin şimalında "Hıriyəsə" dağı yerləşir. Kəndin cənub-qərbində isə Kırdiquri adlı bir sahə vardır. "Kırdiquri" azərbaycanca "Kürdün goru, qəbri" deməkdir.

Bu sahənin belə adlanması ilə bağlı rəvayət mövcuddur. Bu rəvayətlə əlaqədər olaraq keçmişdən qalan və yalnız Rvarud kəndində qeyd edilən bir adət mövcuddur. Bu adət "Kırdi zoə şəv" (yəni, kürd oğlunun gecəsi) adlanır. Həmin gecə kənddə təntənə ilə qeyd edilir. Hər evdə şam yeməyi zamanı ən yaxşı xörəklər bişirilir.[mənbə göstərin]

Mədəniyyəti

Şəhid Səxavət Hacıyev adına Rvarud kənd tam orta məktəbinin binası 1951-ci ildə 7 illik məktəb üçün tikilmişdir. Sonralar 8 illik, indi isə tam orta məktəb kimi fəaliyyət göstərir.

Dini-mədəni abidələri

Kənddə bir neçə pir vardır:

Yerli əhali bu ocağa bir inanc yeri kimi pənah gətirir. Ocağın içərisində qəbir var. Camaat buraya nəzir gətirir, qurbanlar kəsirlər.

Seyid Paşa türbəsi, buna "Astədoji tıbə" də deyilir. "Astədoji tıbə" talışca "astə" - sümük, "doj" - ağrı, "tıbə" - pir, yəni "Sümük ağrısı piri" deməkdir.

Şahzadə Əbülqasim XVI əsrdə "ariflərin sultanı, türbəti müqəddəs, taliblərin ən seçilmişi" adlandırılan və Seyid Babagil adı ilə tanınan Nizaməddin Əmirə Şahsevər Gilanı Kəskərinin sərkərdəsi, qoşunbaşısı olmuşdur.

“Seyid Vəliağa” türbəsi - Seyyid Vəliağa Mirqəni oğlu (1893-1973) XX əsrdə yaşamışdır.

Rvarud Şəhidlər Xiyabanı

15 sentyabr 2017-ci il tarixində Rvarud kəndində Qarabağ döyüşlərində həyatını itirən kənd  şəhidlərinin  xatirəsinə ucaldılan abidənin açılış mərasimi olmuşdur.

Şəhidlər Xiyabanı Rvarud
Rvarud Şəhidlər Xiyabanı

Abidə Qarabağ döyüşlərində vuruşan şəhid Hacıyev Səxavət Əbi oğlu,şəhid  Hacıyev Etiqad Balaxan oğlu və Həsənov Mübariz Ağakişi oğlunun eyni zamanda 1941-1945-ci illərdə SSRİ ordusunda vətənin müdafiəsində şəhid və itkin olmuşların əziz xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmişdi.[mənbə göstərin]

Rvarud Dövlət Təbiət Yasaqlığı

Azərbaycan Respublikası ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Lerik Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 oktyabr 2009-cu il tarixli, 162 nömrəli Qərarına əsasən Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.

Yasaqlıq 1333,0 hektar sahədə yerləşir ki, onun da 510,0 hektarı Rvarud, 315,0 hektarı Anzolu, 508,0 hektarı isə Veri kəndinin ərazisində yerləşir.

İnfrastruktur

Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci ilin dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir.[5]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
  4. "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti". 2007, səh.140
  5. Lerikin beş kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine azertag.az, 22.12.2012  (az.)

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!