Rut Benedikt (ing. Ruth Benedict; 5 iyun 1887[1][2][…], Nyu-York, Nyu-York ştatı[5] – 17 sentyabr 1948[3][2][…], Nyu-York, Nyu-York ştatı) – ABŞ antropoloqu, folklorşünası və şairəsi.
Həyatı
Rut Benedikt 1909-cu ildə Vassar kollecindən məzun olduqdan sonra 1914-cü ildə evlənmiş və Nyu-York şəhərinə köçmüşdür. 1919-cu ildə Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə antropoloqlar Aleksandr Qoldenveyzer və Elsi Klüs Parsonsun tələbəsi olmuşdur. 1921-ci ildə Kolumbiya Universitetinə daxil olaraq Frans Boasdan dərslər almış, 1923-cü ildə fəlsəfə doktoru dərəcəsi almışdır.
O, dilçi Eduard Sepir və Marqaret Middən təsirlənmişdir. 1920-ci illərdə Anna Sinqlton adı ilə şeirlər yazmışdır. Kolumbiya Universitetində Boasla işləmiş, 1923-cü ildə mühazirəçi, 1948-ci ildə professor olmuşdur. O, 1930 və 1940-ci illərdə Nyu-York şəhərini antropologiya tədqiqatlarının mərkəzinə çevirmişdir.
Benedikt Amerika hinduları arasında bir sıra sahə tədqiqatları aparmışdır. Xüsusilə, ABŞ-nin cənub-qərbində zunilərin fərdi şəxsiyyəti ilə mədəniyyəti arasındakı əlaqəni öyrənmişdir. İkinci dünya müharibəsindən sonra Kolumbiya Universitetində Müasir Mədəniyyətlərdə Tədqiqat adlı layihəni idarə etmişdir.
Əsərləri
- "Patterns of Culture" (1934, "Mədəniyyətin qəlibləri")
- "The Chrysanthemum and the Sword: Patterns of Japanese Culture" (1946, "Xrizantema və qılınc: Yapon mədəniyyətinin qəlibləri")
İstinadlar
Ədəbiyyat