Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə

Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə — Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) 1917-ci il noyabrın 20-də (dekabrın 3-də) qəbul olunmuş müraciətnaməsi.

Haqqında

XKS-nin sədri V.İ.Lenin və xalq milli işlər komissarı İ.V.Stalin imzalamışlar. Mətni Bakıda nəşr edilən qəzetlərdə, o cümlədən "Hümmət" qəzetində (1917 il 5 dekabr, № 22) dərc olunmuşdu. Müraciətnamədə deyilirdi:

" Rusiyada böyük hadisələr baş verir. Özgə ölkələrini bölüşdürmək üstündə başlanmış qanlı müharibə sona çatmaqdadır. Dünyanın xalqlarını əsarət altına almış yırtıcıların hökmranlığı süqut edir. "


Bunun ardınca Rusiyada baş vermiş Oktyabr çevrilişinin {1917) rolundan bəlağətlə bəhs edilirdi:

" Rus inqilabının zərbələri ilə köhnə əsarət və köləlik binası dağılır. Özbaşınalıq və zülm dünyası son günlərini keçirir. Yeni dünya, zəhmətkeşlər və azadlığa çıxanfar dünyası yaranır. Bu inqilabın başında Rusiyanın fəhlə və kəndli hökuməti, Xalq Komissarları Soveti durur. "

Sonra müraciətin ünvanı aşağıdakı kimi müəyyənləşdirilirdi:

" Bu böyük hadisələrin baş verdiyi bir zamanda biz Rusiya və şərqin siz zəhmətkeş və binəsib müsəlmanlarına müraciət edirik. Rusiya müsəlmanları, Volqaboyu və Krım tatarları, Sibir və Türküstanın qırğız və sartları (özbəklərin qədim zamanlardan oturaq həyat keçirən hissəsi), Zaqafqaziyanın türk və müsəlmanları, Qafqazın çeçen və dağlıları, məscidləri və ibadətgahları viran edilənlər, din və adətləri Rusiya çarları və zalimləri tərəfindən istehza edilənlər! "

Lakin ən başlıca məsələ müraciətdə irəli sürülən müddəalar idi. Müraciətdə göstərilirdi ki, "Bu gündən sizin dininiz və adətləriniz, sizin milli və mədəni təsisatlarımız azad və toxunulmazdır. Öz milli həyatınızı azad və mümaniətsiz qurun. Sizin buna haqqınız vardır. Bunu biliniz ki, Rusiyanın bütün xalqlarınm hüququ kimi, sizin də hüququnuzu inqilab və onun orqanları, Fəhlə, Əsgər və Kəndli Deputatları Sovetləri var qüvvəsi ilə qoruyur" və i.a. 1917 il noyabrın 2 (15)-də elan edilmiş Rusiya xalqlartnın hüqııq bəyannaməsi kimi, bu sənəd də bilavasitə təbliğat xarakteri daşımış, orada elan edilmiş, prinsipial müddəalara əməl olunmamışdı. Bu, "Zaqafqaziyanın türk və müsəlmanları"na, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə özünü əyani şəkildə göstərmişdi. Müraciətdə göstərilirdi ki, "bu gündən sizin dininiz və adətləriniz, sizin milli və mədəni təsisatlarımız azad və toxunulmazdır". Lakin işdə buna məhəl qoyulmadı. Aprel işğalı (1920) nəticəsində sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoydu.[1]

Həmçinin bax

Ədəbiyyat

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Azərbaycanında sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər, B., 1960.

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 316-317. ISBN 9952-417-44-4.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!