Rusiyada prezident seçkiləri (2012)

2012-ci il Rusiya Federasiyası prezidenti seçkiləriRusiya Federasiyası Prezidenti postuna keçirilən sayca 6-cı rəsmi seçkilərdir. Bu seçkilər onunla yadda qalıb ki, bu seçkilərda qalib gəlmiş namizəd Rusiya Federasiyasının tarixində ilk dəfə 6 il müddəti ərzində prezident səlahiyyətlərini yerinə yetirəcək. Seçkilər 4 mart 2012 tarixində keçirilib və Vahid Rusiya Partiyasının sədri Vladimir Putinin qələbəsi ilə başa çatıb.

Namizədlər

# Namizəd Partiya
1 Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyası
2 Vladimir Putin Vahid Rusiya Partiyası
3 Sergey Mironov Doğru Rusiya Partiyası
4 Mixail Proxorov partiyasız
5 Genadiy Züqanov Rusiya Federasiyası Kommunist Partiyası

Tarixi

Bu seçkilər onunla yadda qalıb ki, bu seçkilərda qalib gəlmiş namizəd Rusiya Federasiyasının tarixində ilk dəfə 6 il müddəti ərzində prezident səlahiyyətlərini yerinə yetirəcək. Seçkilər veb-kamera vasitəsilə canlı yayımda milyonlarla insana gğstərilib. Seçkilərdə Vahid Rusiya Partiyasının namizədi Vladimir Putin 50%-dən artıq nəticə göstərdiyinə görə 1 turda vahid qalib olub. Qalibiyyətdən sonra 4mart 2012 tarixində Vladimir PutinDmitri Medvedyev milyonların insanın qarşısında çıxış edib və qələbəyə görə hamıya təşəkkür edib. Genadiy Züqanov istesna olmaqla, bütün namizədlər seçkilərin şəffaf keçdiyini bildirib və nəticələri qəbul edib.

Nəticələr

Yer Namizəd Səslər %
1. Vladimir Putin 45 602 075 63,60
2. Genadiy Züqanov 12 318 353 17,18
3. Mixail Proxorov 5 722 508 7,98
4. Vladimir Jirinovski 4 458 103 6,22
5. Sergey Mironov 2 763 935 3,85

İstinadlar

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!