Rusiya Dövlət Bankının Bakı şöbəsi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 manatlıq əskinası

Rusiya Dövlət Bankının Bakı şöbəsi — Rusiya Dövlət Bankının yerli qurumlarından biri.

Tarixi

1875-ci il iyulun 6-dan fəaliyyətə başlamışdı. Bankın sərəncamında xəzinədarlıq və kredit idarələri vardı. Rusiyada Fevral inqilabından (1917) sonrakı hərc-mərclik dövründə bank əməliyyatları dayandırılmışdı. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Cümhuriyyət Hökumətinin əsas vəzifələrindon biri bankın fəaliyyətinin bərpası oldu. Bu sahədə hökumətin ilk tədbiri bankın uçot əməliyyatlarının yenidən başlanması haqqında 1918-ci il 23 iyun tarixli qərarı idi. 1918-ci il dekabrın 24-də neft sənayesi müəssisələrinə borc vermək üçün maliyyə nazirliyinə 2 milyon rubl məbləğində kredit açılması barədə qərar qəbul edildi. Həmin borc veksellərlə (borc sənədi) təmin olunmalı, Dövlət bankının uçot (hesabaalma) komitəsi borc verilən sahibkarların borc-ödəmə qabiliyyətini aydınlaşdırmalı idi.

Fəaliyyəti

1919-cu il martın 17-də fəhlələrə əmək haqqı verməkdən ötrü neft sənayeçilərinə maliyyə yardımı ayrılmışdı. Maliyyə yardımının verilməsi əməliyyatını Bankın Bakı şöbəsi aparırdı. 1919-cu ilin aprel və iyun aylarında Britaniya komandanlığının maliyyələşdirilməsi də Dövlət bankının Bakı şöbəsi tərəfındən həyata keçirilmişdi. 1919-cu il avqustun 17-də hökumət 1918-ci ilin mart hadisələri zamanı əhalidən talan olunmuş və Bankda saxlanan qiymətli əşyalann qaytarılması haqqında qərar çıxarmışdı. Bank 1920-ci ilin iyununadək fəaliyyət göstərmişdi. Həmin il iyunun 9-da Azərbaycan İnqilab Komitəsinin bankların milliləşdirilməsi haqqında dekretinə əsasən, Bankın Bakı şöbəsi müstəqil fəaliyyətini dayandırdı.[1]

Həmçinin bax

Ədəbiyyat

  • Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б.,1998;
  • Декреты Азревкома (1920-1921 гг.) сборник документов., 1988

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 307. ISBN 9952-417-44-4.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!