Rokfeller mərkəzi (ing. Rockefeller Center) — Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən iş mərkəzi kompleksi. Kompleks Con Rokfellerin xüsusi sifarişi ilə tikilib. Hazırda Rokfeller ailəsinə məxsus mülkdür. Midtaun Manhettendə 48-ci və 51-ci küçələrin arasında yerləşir və 19 binadan ibarətdir. Tikintisi 1930-cu ildə başlayıb və 1939-cu ildə bitmişdir. Hər il Milad bayramında qurulan milad ağacları ilə məşhurdur.
İstinadlar
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.