Robert Baqratoviç Mobili (20 avqust 1954, Nic, Qutqaşen rayonu) — Alban-udi xristian icması sədri, geoloq.
Həyatı
Robert Mobili 20 avqust 1954-cü ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. 1971-ci ildə Nic kənd orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin 1980-ci ilin məzunu. Milliyyətcə Udindir. 1973-1989-ci illərdə METDKİ (Mərkəzi Elmi-Tədqiqat Dağ Kəşfiyyat İnstitutu) Cənub Filialında işləyib, Naxçıvanın sərbəst misin və polimetal yataqlarının geoloji qiymətləndirilməsi, Kiçik Qafqazda, Türkmənistanda və Tacikistanda səpinti qızılın axtarışı və qiymətləndirilməsi üzrə elmi işi aparmışdır. 1989-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Səpinti qızılın proqnozu, axtarışı və qiymətləndirilməsi" ETL-da elmi işçi vəzifəsində çalışır. Müxtəlif illərdə Kiçik Qafqazın və Kür depressiyanın molaslarda, Abşeronun neft-qaz yataqlarında səpinti qızılın qanunauyğunlar üzrə elmi araşdırmalar aparıb.
Bakı, Moskva, Leninqrad, Bişkek, Aşqabad, Sankt Peterburq, Dallas, Qüds və Oslo şəhərlərində keçirilən beynalxalq seminarlarda və konfranslarda məruzə ilə iştirak etmişdir. 4-18 avqust 2008-çi ildə Osloda keçirilən XXXIII Beynəlxalq Geoloji Konqresidə məruzə ilə çıxış etmişdir. 50-dən çox elmi əsərlərin müəllifidir.
Azərbaycanda Alban Həvari Kilsəsinin bərpasında (Kiş-2003; Nic-2006), elmi araşdırılmasında aktiv öndərlərdən biridir. Texas ştatının Dallas şəhərinin fəxri vətəndaşıdır. Udin dili, Azərbaycan dili və Rus dilini sərbəst, İngilis dilini zəif bilir.
Mükafatları
27 avqust 2014-cü ildə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Robert Baqratoviç Mobili "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]
Mənbə
İstinadlar