Riasor (isp. Estadio Municipal de Riazor) — İspaniyanın Qalisiya muxtar regionun La-Korunya şəhərində yerləşən futbol stadionu. "Deportivo La-Korunya" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 32.912 nəfərdir. Açılışı 28 oktyabr 1944-cü ildə olmuşdur.
Tarixi
Təməli 1993-cü ildə qoyulmuş stadionun memarı Santyaqo Rey Pedreyradır.[2] 28 oktyabr 1944-cü ildə stadionun təntənəli açılışı olmuşdur. Açılış oyununda "Deportivo" və "Valensiya" komandaları qarşılaşıblar.[3] Bu görüş 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.[3] Stadion 1982-ci ildə futbol üzrə dünya çempionatının qrup mərhələsinin üç oyununu qəbul edib.[3] Məhz həmin ildə stadionda ilk dəfə əsaslı yenidənqurma işləri aparılıb.[3] Növbəti yenidənqurma işləri 1995-ci ildən 1998-ci ilədək həyata keçirilib. Məhz bu yenidənqurma işləri zamanı stadiondakı qaçış zolağı yığışdırılmış və stadiondakı oturacaqların sayı 34.000-ə çatdırılmışdır.[3]
Stadionda tamaşaçı sayına görə rekord göstərici 1999/2000 mövsümündə qeydə alınıb: "Deportivo" ilə "Espanyol" komandaları arasında keçirilmiş oyunu 41.000 tamaşaçı canlı olaraq seyr edib.[3]
Yeni stadionun layihəsi
2003-cü ildə "Deportivo"nun prezidenti "Riasor" stadionun məşhur meksikalı memar Piter Ayzenman tərəfindən hazırlanmış yeni layihəsini ictimaiyyətə təqdim edib. Hazırda layihənin icrası dayandırılıb.[3]
Əgər futbol üzrə 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnu Rusiya yox, İspaniya qazansaydı, o zaman stadiondakı oturacaqların sayı 45.000-ə qədər artırılacaqdı.[3]
1982 FİFA Dünya Kuboku
İstinadlar
Xarici keçidlər