Reyxenbax şəlaləsi

Reyxenbax şəlaləsi
alm. Reichenbachfälle
Ümumi məlumatlar
Hündürlüyü 250 m
Su sərfi 3–5 m³/s
Çaylar Aar, Reyxenbax
Yerləşməsi
46°42′49″ şm. e. 8°10′57″ ş. u.HGYO
Ölkə  İsveçrə
Region
Şəhər
  • Mayringen
Reyxenbax şəlaləsi xəritədə
Reyxenbax şəlaləsi
Reyxenbax şəlaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reyxenbax və ya Rayxenbax şəlaləsi (alm. Reichenbachfälle‎) — İsveçrənin Mayringen kommunasının yaxınlığında, Reyxenbax dərəsinin aşağı hissəsində, Aar çayının qolu Reyxenbax üzərində yerləşən şəlalə. Hündürlüyü təxminən 250 metrdir. Alp dağlarında yerləşən ən məşhur şəlalələrdən biridir. Şəlaləyə Reyxenbax funikulyorunun köməyilə yetişmək mümkündür.

Məşhurluğu

Şəlalə bir neçə səbəbdən məşhurdur. Öz gözəlliyi və ölçülərindən başqa, o həm də beze şirniyyatının vətəni sayılan Mayringen yaxınlığında yerləşir.

Şəlalənin məşhurluğunun digər səbəbi Şerlok Holmsdur. Artur Konan Doyl XIX əsrin sonunda şəlalənin yanında olarkən onun gözəlliyinə məftun olmuşdu. Daha sonra, o, belə qərara gəlir ki, Şerlok Holms məhz “bu dəhşətli yerdə” həlak olmalıdır. “Sonuncu iş” hekayəsində 04 may 1891-ci ildə Professor Moriarti ilə mübarizə aparan Şerlok Holms düşməni ilə birlikdə məhz bu şəlaləyə yıxılır[1] Lakin Britaniya ictimaiyyətinin təzyiqinə davam gətirməyən yazıçı “Boş ev” hekayəsində[2] onu “diriltməli” olur.

Şəlalə yaxınlığında bu hadisənin yüz illiyi münasibətilə xatirə lövhəsi quraşdırılmışdır.

Maraqlı faktlar

  • “Şerlok Holms və doktor Vatson” sovet bədii filmində Reyxenbax şəlaləsi kimi Abxaziyada yerləşən Geg (Çərkəz) şəlaləsini çəkmişdilər[3].
  • BBC tərəfindən çəkilmiş “Sherlock” serialının 2012-ci ildə ekranlara çıxan ikinci mövsümünün üçüncü epizodu “Reyxenbax şəlaləsi” ("The Reichenbach Fall”) adlanır və bu seriyada A.K.Doylun “Sonuncu iş” hekayəsinin motivlərindən istifadə edilmişdir.

İstinadlar

  1. Arxivlənmiş surət, 2014-05-08 tarixində = Последнее дело Холмса orijinalından (#bad_url) arxivləşdirilib, İstifadə tarixi: 2014-04-17.
  2. Arxivlənmiş surət, 2021-10-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-17
  3. Arxivlənmiş surət, 2010-12-03 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-17

Xarici keçidlər

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!