Respublika Olimpiya Mərkəzi

Respublika Olimpiya Mərkəzi
Yeri Nərimanov rayonu, “Gənclik” m/s yaxınlığında, Bakı ş.,Azərbaycan
Açılış tarixi 1982-ci il
Yenidən qurulma tarixi 2007-ci il
Meydançanın ölçüləri Ümumi ərazisi 0,22 hektar

Respublika Olimpiya Mərkəzi — Bakı şəhərinin mərkəzi hissəsində - Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşir. Mərkəz bir tərəfdən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə, digər tərəfdən də Milli Olimpiya Komitəsi ilə əhatə olunub. 1982-ci ildən istifadədədir. Lakin 2007-ci ildə tam təmir olunaraq yenidən qurulub.

Ümumi ərazisi 0,22 hektar olan mərkəzin yüngül atletika manejinin uzunluğu 96 metr, eni isə 30 metrdir. Manejin ətrafında 6 qaçış zolağı olan yeni cığırlar (3 dairəvi və 3 düz) quraşdırılıb. Dairəvi zolaqlar müvafiq olaraq 200, 207 və 217 metrdir. Düz qaçış zolaqlarının uzunluğu 100 metrdir.

Manej həmçinin baryerlər, şüvüllə və hündürlüyə tullanma üçün müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin hava təmizləmə və işıqlandırma sistemləri yeni quraşdırılıb və müasir standartlara cavab verir.[1]

İstinadlar

  1. "Respublika Olimpiya Mərkəzi" (az.). https://mys.gov.az. 09.02.2023 tarixində arxivləşdirilib.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!