Renuar və ya Renuar: axırıncı məhəbbət (fr. Renoir) —2012-ci ildə rejissor Jil Burdo tərəfindən çəkilmiş filmdir. Film Birinci Dünya müharibəsi zamanı[9] Kan-sür-Merdə yaşayıb işləyən Pyer-Ogüst Renuarın son illərindən bəhs edir. Film 65-ci Kann Film Festivalının Xüsusi görünüş proqramında iştirak etmiş və eyni zamanda da 2014-cü ildə keçirilmiş 4 Sezar Mükafatında Ən Yaxşı Kostyum Dizaynı nominasiyası üzrə namizəd olmuş və həmin mükafatı qazanmışdır.[10][11]
Süjet xətti
1915-ci ildə məşhur rəssam Pyer-Ogüst Renuarın oğlu Jan Renuar Birinci Dünya müharibəsi cəbhələrindən birində yaralanır və xəstəxanada müalicə olunduqdan sonra atasının yanına qayıdır. Oynaqları artritdən əziyyət çəkən gənc rəssam olan Jan onun ilham mənbəyinə çevrilmiş gənc model Andrenin şəkilini çəkir.[12]
Qısa bir müddət sonra isə Jan Andreyə aşiq olur. Bir müddətdən sonra isə Jan yenidən aktiv ordu sıralarına yazılır və 10 gün sonra cəbhəyə yola düşür.[13]
Rollarda
Aktyor
|
Rol
|
Mişel Buke
|
Pyer-Ogüst Renuar Pyer-Ogüst Renuar
|
Krista Tere
|
Katrin Hesslinq Katrin Hesslinq Andre
|
Vensan Rote
|
Jan Renuar Jan Renuar
|
Toma Dore
|
Koko Renuar Koko Renuar
|
Roman Borince
|
Qabriel Qabriel
|
Solen Riqo
|
Madlen Madlen
|
İstinadlar