Rekoleta Mədəniyyət Mərkəzi (ing. Recoleta Cultural Center) — Argentinanın Buenos Ayres şəhərində yerləşən sərgi və mədəni tədbirlər mərkəzi.[2]
Rekoleta Mədəniyyət Mərkəzi Argentina mədəniyyətinin simvoludur və Milli Tarixi Abidə elan edilib.[3] Buenos Ayres şəhərinin Rekoleta məhəlləsində yerləşir. Burada heykəltəraşlıq və rəsm sərgiləri, eləcə də müxtəlif növ konsertlər, bədii tədbirlər, təqdimatlar və master klasslar keçirilir. 2006-cı ilin sentyabr/oktyabr aylarında burada Onedotzero festivalı[4] uğurla keçirilmişdir.
Tarixi
Binada əvvəlcə Rekoletos rahiblərinin monastırı yerləşirdi. Sonra bir müddət xəstəxana və 1859-cu ildə xeyriyyə məkanı kimi xidmət göstərmişdir.[2]
Nəhayət, 1978-ci ildə Mədəniyyət Mərkəzi layihələndirildi və memarlar Jacques Bedel, Luis Benedit və Klorindo Testa orijinal quruluşu qoruyaraq lazımi islahatları həyata keçirdilər.
Fəaliyyəti
Rekoleta Mədəniyyət Mərkəzində 27 sərgi salonu, mikro kinoteatr, tamaşa zalı və amfiteatr var. Ərazidə çoxsaylı tədbirlər keçirilir: sənət sərgiləri, solo konsertlər, konsertlər, teatr tamaşaları və tədbirlər. Bundan əlavə, burada kurslar və seminarlar təklif edən tədris sahəsi, həmçinin ən qabaqcıl texnologiya ilə təchiz edilmiş tədqiqat və musiqi laboratoriyası var.[2] Rekoleta Mədəniyyət Mərkəzini ildə yarım milyondan çox insan, əsasən də gənclər ziyarət edir.
Qalereya
İstinadlar
Xarici keçidlər