Rebekka Matte Bello

Rebekka Matte Bello
isp. Rebeca Matte Bello
Doğum tarixi 29 oktyabr 1875(1875-10-29)[1][2]
Doğum yeri
Vəfat tarixi 14 may 1929(1929-05-14)[3] (53 yaşında)
Vəfat yeri
Milliyyəti çilili
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili
Janr heykəltaraşlıq
Təsirlənib Ogüst Rodin[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rebekka Matte Bello (isp. Rebeca Matte Bello; 29 oktyabr 1875[1][2], Santyaqo[5]14 may 1929[3], Fyezole, Toskana və ya Florensiya) — Çili heykəltaraşı.

Əsərləri Çili Milli Təsviri İncəsənət Muzeyində sərgilənir. Muzeyin xaricində sərgilənən və ölkənin ən tanınmış əsərlərindən olan "İkar və Dedal" da onun əsəridir.[6]

Gənclik illəri və əsərləri

"İkar və Dedal"
"Müharibə" (1908–1914).

29 oktyabr 1875-ci ildə Çilinin paytaxtı Santyaqo şəhərində anadan oldu.[7] Rebekka Reyes və səfir Avqust Mattenin tək uşağı idi. Santyaqoda nənəsinin himayəsi altında yaşadı. Xose Viktorino Lastarriya, Qabriel Jordan və Alberto Blest Qana kimi Çilinin şəxsiyyətləri ilə tanış oldu. Atasının Parisə getməsindən sonra təhsilini Avropada davam etdirdi.

Avropadan öncə Romada Culio Monteverde, daha sonra Parisdə Lui-Erne Dübia və Denis Puex ilə işlədi.[8] Gəncliyində Ogüst Rodinin əsərlərindən təsirləndi.[4] Diplomat Pedro Felipe Larrain İniqes ilə evlənən heykəltaraşın Lili İniqez Matte adlı qızı oldu.[7] Qızının 1926-cı ildəki ölümündən sonra heykəltaraşlığı buraxdı.[7]

Karyerası

1908-ci ildə Çili hökumətinin sifarişi ilə Haaqa şəhərindəki Beynəlxalq ədalət məhkəməsi üçün heykəl hazırladı. 1914-cü ildə tamamlanan heykəlin adı "Müharibə" idi. Çili hökumətinin digər sifarişləri üzərində də işləməyə davam edən Rebekka 1914-cü ildə Santyaqo şəhərində ucaldılan "Konsepsion qəhrəmanları" heykəlinin müəllif oldu. Sənətkar 1918-ci ildə Florensiya Təsviri İncəsənət Akademiyasında dərs verdi.

Sonrakı həyatı və ölümü

Qızı Lilinin vərəm xəstəliyinə yaxalandığı məlum oldu və 1926-cı ildə İsveçrədə, Alp dağlarında müalicə alarkən həyatını itirdi. Bu hadisədən sonra özünə gələ bilməyən Matte heykəltaraşlığı buraxdı və qızı adına xeyriyyə işləri ilə məşğul olmağa başladı. Matte 14 may 1929-cu ildə vəfat etdi.

Ölümündən sonra həyat yoldaşı "İkar və Dedal" heykəlini Çili Milli Təsviri İncəsənət Muzeyinə bağışlamışdır. Əsər Çili hökuməti tərəfindən Braziliya hökumətinə hədiyyə etmək üçün hazırlanan və Rio de Janeyrodakı orijinal bürünc heykəlin surətidir və 1930-cu ildə muzeyin xaricinə yerləşdirilmişdir.

Əsas əsərləri

  • "Horasio", 1910, Çili Milli Təsviri İncəsənət Muzeyi
  • "Əks-səda", 1912, Çili Milli Təsviri İncəsənət Muzeyi
  • "İkar və Dedal", 1922, Çili Milli Təsviri İncəsənət Muzeyi
  • "Müharibə", sifariş 1908, yerləşdirmə 1914, Sülh sarayı bağçası, Haaqa (Çili hökumətinin Sülh sarayına hədiyyəsi)

İstinadlar

  1. 1 2 RKDartists (nid.).
  2. 1 2 Rebeca Matte // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  3. 1 2 Rebeca Matté // RKDartists (nid.).
  4. 1 2 Tim Burford. Chile: The Bradt Travel Guide. Bradt Travel Guides. 1 June 2005. səh. 45. ISBN 978-1-84162-076-3. İstifadə tarixi: 19 may 2016.
  5. 1 2 Panzetta A. Matte Iniguez, Rebecca // Nuovo dizionario degli scultori italiani dell'Ottocento e del primo Novecento (it.): Da Antonio Canova ad Arturo Martini. 3 Torino: Adarte, 2003. P. 575. 1068 s. ISBN 88-89082-00-3
  6. "Arts and Literature in Chile". Chile Culture. 16 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2016.
  7. 1 2 3 "Matte Bello, Rebecca (1875 - 1929)". Personales de nuestra historia. Nuestro Chile. İstifadə tarixi: 19 may 2016.[ölü keçid] (In Spanish)
  8. Garzon, Eugenio. "L'art chilien au Salon" [Chilean art at the Salon]. Le Figaro (French). June 17, 1913. 13 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2016.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!