"Ramune" (ラムネ?) sözü ingilis dilindəki "lemonade" (azərb. limonad) sözündən yaranmışdır. Ramune limonad hesab olunsa da,[1] içkinin dadı limonada oxşamır.[2]
Tarixi
Ramune 1884-cü ildə Kobedə yaşayan şotland farmakoloq Aleksandr Kameron Sim tərəfindən ixtira edilmişdir. O, bu içkini limonad əsasında hazırlamışdır. Ramune 1884-cü ildə Kobenin beynəlxalq icması üçün istehsal olunmağa başlamışdır.[2] Ramune 1885-ci ildə Yaponiyada baş verən vəba epidemiyası zamanı populyar içkiyə çevrilmişdir.[3]Tokio qəzetlərindən biri ramuneni vəbanın qarşısını alan içki kimi təqdim etmişdir.[2] Ramune sudan daha etibarlı və hətta müalicəvi hesab olunaraq istehlak edilmişdir. İçki xalq arasında müalicəvi içki kimi tanınmışdır. Tezliklə "Tombow Beverage" kimi şirkətlər ramune istehsal etməyə başlamışdır.[3]
Ramune 1930-cu illərə qədər Yaponiyada ən çox satılan qazlı içki növü kimi qalmışdır. Onun əsas iki rəqibi 1884-cü ildə ixtira olunmuşdur "Mitsuya Cider" və 1914-cü ildə yaradılmış "Ribbon Citron" içkiləri olmuşdur. İkinci Dünya müharibəsindən sonra Yaponiyada Qərb içkiləri populyarlaşmış və ramune əvvəlki populyarlığını itirmişdir.[3]
Xüsusiyyətlər
Ramune kacitsusui içkisi (meyvə ilə dadlandırılmış su əsaslı içki) hesab olunur. İçki Kodd butulkasında satılır. Bu butulkanın içində yerləşən marbl içkinin qazlı xüsusiyyətlərini qorumaq üçün nəzərdə tutulub və butulkanın xüsusi açılma qaydası var.[2] Ramunenin sitruslu, yemişli, portağallı, qarpızlı, çiyələkli, şaftalılı kimi çeşidləri mövcuddur.[4]