Rafiq Qurbanov

Rafiq Qurbanov
Rafiq Osman oğlu Qurbanov
Rafiq Qurbanov
Rafiq Qurbanov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Atası Osman Sarıvəlli
Milliyyəti azərbaycanlı
İxtisası Fizik
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti "Şəhriyar" cəmiyyətinin yaradıcısı və həmsədri
Tanınır fəlsəfə elmləri doktoru, professor

Rafiq Sarıvəlli (tam adı: Rafiq Osman oğlu Qurbanov ; d. 1937, Bakı – ö. 2004, Moskva) filosof-humanist, "Şəhriyar" cəmiyyətinin yaradıcısı və həmsədri, fəlsəfə elmləri doktoru, Moskvada Azərbaycan diasporunun rəhbərlərindən biri, Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun (1964-1969), Rusiya EA-nın Fəlsəfə İnstitutunun (1970-1999) professoru, Azərbaycan Yazıçılar birliyinin, eyni zamanda Beynəlxalq Jurnalistlər ittifaqının üzvü.

Həyatı

1937-ci il iyunun 11-də Bakı şəhərində, Osman Sarıvəllinin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1953-cü ildə Bakı şəhər 199 saylı orta məktəbini qızıl medalla bitirib, Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1960-cı ildə əla qiymətlərlə ali təhsili başa vurub.

Fəaliyyəti

1960 -1961- ci illərdə Azərbaycan EA-nın Kimya İnstitunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1961-1964-cü illərdə SSRİ EA- nın təbiət elmləri şöbəsinin fəlsəfə bölməsinin aspiranturasında təhsilini davam etdirib. 1964-1969-cu illərdə Azərbaycan EA- nın Fəlsəfə və Hüquq İnstitutunda, 1970-1999-cu illərdə Rusiya EA-nın Fəlsəfə İnstitutunda işləyib. 1969-cu ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.

1994-1996-cı illərdə Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində mühazirələr oxuyub. M.Lomonosov adına Moskva Dövlət Universitetində, Moskva Fizika və Texnika institutlarında dərs deyib. Moskva Dövlət Pedaqoji Universitetində doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının üzvü olub. 200-dən artıq elmi işin, habelə "Fizikada fəlsəfi əlaqələr kateqoriyası" monoqrafiyasının müəllifidir.[1]

Türkiyədə tərcümə dərgisinin idarə heyətinin üzvü olub. Əsərləri xarici dillərdə çap edilib. Dünya beynəlxalq konqreslərində iştirak edib. İngilis dilindən çevirdiyi hekayələri dövri mətbuatda işıq üzü görüb. Dünya ədəbiyyatından etdiyi ilk tərcümələr 1958-ci ildə "Azərbaycan" jurnalında çıxıb.

2004-cü il dekabrın 7-də Moskvada vəfat edib, Azərbaycanın Qazax rayonunda dəfn olunub.

Tərcümələri

(ingilis dilindən)

  1. Amerika novellaları. Bakı: Azərnəşr, 1966, 87 səh.
  2. Xarici novellalar. Bakı: Yazıçı, 1978, 152 səh. (şərikli)

İstinadlar

  1. Qurban Yaquboğlu. "Sovet şairinin filosof oğlundan şeirlər". shahriyar.ru, Bakı. 16.01.2013.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!