Radio Tashkent International

Radio Tashkent International
Şəhər Daşkənd
Ölkə Özbəkistan Özbəkistan
SSRİ SSRİ (əvvəllər)
Yayım ərazisi Asiya, Şimali Afrika, Avropa
Başlama tarixi 1947-ci il
Bağlanma tarixi 31 mart 2006-cı il

Daşkənd beynəlxalq radiosu (ing. Radio Tashkent International), həmçinin (özb. Toshkent xalqaro radiosi / Toşkent xalkaro radiosi) və ya Radio Taşkent (ing. Radio Tashkent; özb. Toshkent radiosi / Toşkent radiosi) kimi tanınan radiostansiya 1947-ci ildə, əsasən, xarici dinləyicilər üçün yayımlanırdı. 31 mart 2006-cı ildə radiostansiyanın yayımı dayandırıldı. Bağlandığı dövrə qədər SSRİ-də, AsiyadaMərkəzi Asiyada ən böyük beynəlxalq radiostansiyalardan biri idi.[1][2]

"Daşkənd beynəlxalq radiosu" 1947-ci ildən xarici auditoriyaya 70 dildə yayımlanan "Moskva radiosu"nun əlavəsi olaraq efirə buraxılıb. Daşkənd SSRİ-də ( Moskva, LeninqradKiyevdən sonra) sayca dördüncü böyük şəhər, Sovet Orta Asiyasında və SSRİ-nin bütün Asiya hissəsində isə ən böyük şəhər hesab olunurdu. "Daşkənd radiosu" Asiya bölgələrinə xidmət etdiyi üçün, əsasən, burada danışılan dillərdə yayımlanırdı. 1975-ci ildən radiostansiya gündə 7 saat olmaqla 7 dildə: İngilis, ərəb ( Yaxın ŞərqƏrəbistan yarımadasında ərəbdilli), fars (İranƏfqanıstanda farsdilli), uyğur ( Çində uyğurdilli), urdu (Pakistanda urdudilli), hindi (Hindistanda hinddilli) və özbək (Əfqanıstan, PakistanÇində yaşıyan özbəkdilli insanlar üçün) dillərində yayımlanırdı. Radiostansiya heç vaxt rus dilində yayımlanmayıb.[1][2][3]

1991-ci ildə SSRİ-nin dağılması ilə "Daşkənd beynəlxalq radio"su Özbəkistandan qeyri-aslı vəziyyətə düşərək əsas, müstəqil və beynəlxalq radioyayım şəbəkəsinə çevrildi. Radiostansiyanın yayım vaxtı ilə yanaşı, yayım dillərinin sayı da artırılmışdı. Son illərdə "Daşkənd radiosu" qısa dalğalarda sutkada 15 saat olmaqla 11 dildə yayımlanırdı: İngilis, ərəb, dəri, çin dili, alman, fars, puştu, türk, uyğur, urduhind dillərində. 2003-cü ildə radiostansiyanın 3 dildə (ingilis, rusözbək) fəaliyyət göstərən saytı yaradıldı. Daha sonra radiostansiyanı bağlanmasına qərar verildi və yayım 31 mart 2006-cı ildə dayandırıldı.[1]

İstinadlar

  1. 1 2 3 "Özbəkistanın rus dilində radio və televiziyası. Düzəliş" (ingilis). Portalostranah.ru. 2018-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-4.
  2. 1 2 ""Daşkənd beynəlxalq radiosu" hazırda internetdə də yayımlanır" (ingilis). IA «Fergana.ru». 2018-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-4.
  3. "Beynəlxalq radio gününə. Özbəkistan rabitə və radiosunun bəzi dövrləri" (rus). mytashkent.uz. 2018-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-4.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!