“Vampir”in əsas xüsusiyyətlərindən biri də budur ki, üzərində olan 40 raketdən əlavə olaraq, yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raketi qısa bir müddət ərzində düşmənə ata bilir. SSRİ istehsalı olan əfsanəvi 122 mm-lik BM-21 Qradın cəmi 40 raketi mövcuddursa, RM-70 “Vampir”lərin əlavə olaraq 40 raketdə ehtiyatında mövcuddur. Belə ki, əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses cəmi 1 dəqiqə vaxt aparır. Beləliklə “Vampir” qısa bir müddət ərzində (3-4 dəqiqə ərzində) düşmənə 80 raket zərbəsi endirməyə qadir olur və eyni zamanda çevik şəkildə ərazini tərk edərək düşmənin cavab zərbəsindən yayınmış olur. Bir komplekti (40 raket) 70 hektar ərazini məhv etməyə qadirdir.
İlk dəfə olaraq Paris ətrafında keçirilən “Eurosatory 2016” silah sərgisində nümayiş etdirilmişdir. RM-70 “Vampir” səkkizoxlu, zirehli, “Tatra”T-818 (8x8) şassisi üzərində quraşdırılmışdır. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanına malikdir. Bu şassi düz yerdə 85km/saat, qrunt yolda isə 35km/saat sürətlə hərəkət edir.
RM-70/85 - RM-70-in zirehsiz variantı. Tatra 815 VPR9 8x8 şassisi üzərində yerləşir. Döyüş çəkisi 26.1 ton olan bu texnika bəzən RM-70M də adlanır.[3]
RM-70/85M - Yeni atəşi idarəetmə və naviqasiya sistemi ilə təchiz olunmuş bu variant 36 km məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur. Slovakiya bu sistemdən 50 ədəd sifariş vermişdir.[4]
RM-70 Modular - 2000-ci ilin dekabrında Slovakiya Müdafiə Nazirliyi və "Delta Defence" şirkəti Almaniya-Slovakiya birgə layihəsinə əsasən RM-70 Modular variantının istehsalı barədə razılığa gəlmişdir. Bu variant M270 MLRS yaylım atəş sisteminin 227 mm-lik raketləri ilə də atəş açmaq qabiliyyətinə sahibdir.[5]
Vz.92 "Krizan" VMZ - Tatra T-815 36.265-in şassisi üzərində yerləşən bu variant mühəndis maşını olaraq fəaliyyət göstərir.[6]
RM-70 Vampir - Tatra T-815-7 maşınının şassisi üzərində yerləşən bu variant 270 kVt gücü olan Tatra T3C mühərriki ilə təchiz olunmuşdur.[7]
Xorvatiya
LRSV-122 M-96 "Tayfun" - Tatra T813 maşınının şassisi üzərində yerləşir. Döyüş çəkisi 23.5 ton təşkil edir. Az sayda istehsal olunmuşdur.