Bu adın digər istifadə formaları üçün bax:
Rəcəb (ad).
Rəcəb – Hicri təqviminin 7-ci ayı, Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisi və haram aylardan biridir.[1][2]
Quranda rəcəb ayı
Aşağıdakı ayələr rəcəb ayı haqqındadır:
Tarixi günlər
- Rəcəbin 1-i İmam Baqirin döğum günü.
- Rəcəbin 3-ü İmam Hadinin vəfatı.
- Rəcəbin 5-i İmam Hadinin doğum günü.
- Rəcəbin 8-i (hicri 20-ci il) – İslam dininin Misirə gəldiyi gündür.
- Rəcəbin 9-u İmam Hüseynin oğlu Əli Əsgərinin doğum günü.
- Rəcəbin 10-u (hicri 195-ci il) İmam Təqinin doğum günü.
- Rəcəbin 12-i (hicri 36-cı il) Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.
- Rəcəbin 13-ü İmam Əlinin dögüm günü (hicrətdən 23 il əvvəl).
- Rəcəbin 15-i (besətin 5-ci ili) müsəlmanların ilk hicrəti – Məkkədən Həbəşistana getmələri baş vermişdir.
- Rəcəbin 15-i (hicri 2-ci il) qiblənin Beytül-Müqəddəsdən (Qüds) Kəbəyə tərəf dəyişdirilməsi baş vermişdir.
- Rəcəbin 15-i (hicri 62-ci il) Həzrəti Zeynəbin vəfatı günüdür.
- Rəcəbin 19-u (hicri 9-cu il) Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etdirmişdir.
- Rəcəbin 20-si (hicri 13-cü il) müsəlmanlarla Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.
- Rəcəbin 24-ü (hicri 7-ci il) müsəlmanların Xeybər döyüşündə qələbə çalması günü.
- Rəcəbin 25-i (hicri 183-cü il) İmam Kazimin vəfatı.
- Rəcəbin 27-si (hicrətdən 13 il əvvəl) Məhəmməd peyğəmbərə (s) peyğəmbərliyin verilməsi günü – Məbəs günüdür.
İstinadlar
Xarici keçidlər