Rəşt müqaviləsi

Rəşt müqaviləsiSəfəvilər dövləti ilə Rusiya arasında müqavilə.

Rəşt müqaviləsi ərəfəsində Azərbaycanda baş verən siyasi hadisələr

Rusiya Əşrəflə 1729-cu il Rəşt müqaviləsini imzaladıqdan sonra İranda Nadirin mövqeyi möhkəmlənməyə başladı. O, 1726-cı ildə Mazandaranda II Təhmasib ətrafında toplanan antiəfqan qüvvələrə qoşulmuş və burada əsas qüvvəyə çevrilmişdi. Nadir Əşrəf üzərində qalib gələrək İsfahana daxil olmuş, burada II Təhmasib şah taxtına çıxarılmışdı. Nadir Şiraz yaxınlığında Əşrəfi yenidən məğlubiyyətə uğradaraq, 1730-cu ildə əfqan işğallarına son qoydu. Bundan sonra Nadir osmanlılara qarşı çıxdı. O, 1730-cu ilin avqustunda Təbrizi tutdu. Vəziyyəti belə görən Rusiya İranla danışıqları bərpa etməyi qərara aldı.

Xorasanda əfqanların üsyanı Nadirin planında dəyişiklik yaratdı. II Təhmasib Nadirin əfqanlara qarşı yola düşməsindən istifadə edərək Osmanlı dövləti ilə hərbi əməliyyatları bərpa etdi və məğlubiyyətə uğradı. 1732-ci ilin yanvarında II Təhmasib Osmanlı dövləti ilə müqavilə bağlamağa məcbur oldu. Osmanlı-Səfəvi yaxınlaşması Rusiya diplomatiyasını daha da fəallaşdırdı. 1731-ci ilin yazında Rəştdə Rusiya-İran danışıqları başladı. 21 yanvar 1732-ci ildə müqavilə bağlanmışdır.

Müqavilənin şərtləri

Müqavilə 8 maddədən ibarət idi. Preambulada müqavilənin bağlanması səbəblərindən bəhs olunur, Rusiya hökmdarı Anna İvanovnanın nümayəndələri V.Levaşov və P.Şafirovun səlahiyyəti təsdiq edilirdi.

I maddədə İranda onun cəlb edilmiş olduğu ziddiyyətlər və düşmənçilik hərəkətlərinin hər iki tərəfdən unudulmasından, tərəflər arasında sülhün bərqərar olmasından bəhs edilirdi.

II maddədəyə əsasən Rusiya silah gücünə tutduğu əraziləri-Lahican, Vanapux əyalətini, Səfidrud çayının о tayındakı bütün əraziləri bu traktatın tərtib olunub təsdiq olunduğu vaxtdan bir ay müddətinə İran dövlətinə qaytaracaq. GilanAstrabad əyalətləri isə hətta Kür çayı boyu ərazilər də bu traktatın təsdiqləndiyi vaxtdan sonra beş ay müddətinə qoşunlardan təmizlənəcək, abad vəziyyətdə Şah hakimiyyətinə qaytarılacaq. Başqa əyalətlər və Kür çayından şimalda olan torpaqlar isə Rusiya torpaqlarına və təbəələrinə təhlükə sovuşandan sonra İmperatorun qərarı ilə qaytarılacaq, yəni İran öz düşmənlərini məhv edəcək, öz dövlətində sabit hakimiyyət bərqərar edəcək. Dağıstanda yaşayan, İran dövlətinin təbəələri ilə birləşərək böyük narahatlıq yaradan xalqlar sakitləşəcəklər, о vaxt Rusiya qoşunları qeyd-şərtsiz bu torpaqları da tərk edib, İran dövlətinə təhvil verəcəklər. İran dövlətinə qaytarılan torpaqlar heç vaxt, heç bir şərtlə başqa bir dövlətə təhvil verilməyəcək.

III maddəyə görə bunun müqabilində Şah həzrətləri özü və varisləri adından bütün Rusiya imperator həzrətləri ilə əbədi və qırılmaz dostluğunu elan edirdi. Rusiya imperatoru həzrətləri bütün öz torpaqları və vilayətlərində həm Rusiyadan İrana gətirilən, həm də İran malları, orada alınan və dəyişdirilən mallarla azad, müstəqil, rüsumsuz ticarət elan edirdi. Qərarlarla hər yerdə, şəhər və vilayətlərdə idarəedici adamlarla və gömrükxana xidmətçilərinə tapşırılırdı ki, bütün Rusiya tacirlərindən heç bir gömrük və b. vergi tələb etməsinlər və almasınlar. Rusiya imperator həzrətlərinin torpaq və yerlərində azad, gömrüksüz ticarətə, Rusiya təbəələrinin Hindistan və ya başqa dövlətlərə İran torpaqları və vilayətlərinə quru və ya dəniz yolu ilə azad və rüsumsuz ticarətinə yol verilirdi. Hər hansı bəhanə və yol ilə Şah həzrətlərinə rüsum, başqa vergi, hədiyyə və rüşvətin verilməsi qadağan edilirdi. Əlverişli yerlərdə ticarət üçün karvansara, dükanlar, evlər, anbarlar tikməyə icazə verilirdi. Onlara İran hakimləri tərəfindən hər cür yardım edilməli idi. Əgər Rusiya tacirlərinin malları olan gəmilərə hər hansı şəkildə zərər dəysəydi, İran ərazisində ziyan çəkənlərin malları, mülklərini xilas etmək üçün İran təbəələri hər cür yardım etməli idi. Rusiya təbəələrindən kimsə İran vilayətlərində vəfat etsə, onun bütün mülkiyyəti qohumu və ya yoldaşına ərizə ilə ləngidilmədən, zərərsiz siyahı üzrə verilməli idi.

IV maddədə göstərilirdi ki, qarşılıqlı surətdə İran Rusiya dövlətinə və oradan başqa dövlətlərə ticarət üçün müstəqillik və yardım vəd edir. Rusiya tərəfindən tacirlər haqqında, onlar İran sarayından ticarət üçün fərmanla, şəhadətnamə ilə gəlsəydilər, Şah həzrətlərinin məişət şeyləri üçün göndərilmiş olsaydılar, onların mallarına dövlət rüsumu alınmayacağı vəd edilirdi.

V maddədə qeyd olunurdu ki, İran dövlətində qiyamçıların həyəcanları zamanı xeyli Rusiya taciri döyülmüş və yüz minlərlə malları, malikanələri qarət edilmiş, nəticədə Rusiya tacirlərinin çoxu tamam müflisləşmişdi. Belə olduqda Rusiya İran dövlətindən tələb etmişdir ki, Rusiya tacirlərinə onun tərəfindən ədalətlilik və qarət edilmiş mülklərin xərcinin ödənilməsi həyata keçirilsin. Bu işdə ədalətlilik, Rusiya təbəələrini incidənlərin cəzalandırılması, onların var-dövlətindən yuxarıda göstərilənlərin mükafatlandırılacağı vəd olunurdu.

VI maddədə yazılırdı ki, hər iki dövlət arasında səmimi razılıq, gedib-gəlişlər üçün, tacirlərin mühafizəsi üçün səfir və ya müvəkkil rütbəli adamın olması vacibdir. Bu tacirlər incidilmişsə, lazım gələrsə, onları müdafiə etməyə, ədalət tələb etməyə səy göstərməlidirlər. Hər bir tərəf onları rahat mənzil, yemək pulu ilə təmin etməli, ticarəti müdafiə üçün şəhərlərdə öz Əlahəzrətlərindən rütbə almış səfir və müvəkkil saxlamalıdır. Onlar hər yerdə ehtiramla qarşılanmalı, hər iki tərəfin komandaları onları hər cür haqsızlıq və inciklikdən müdafiə etməli idi. Hər iki tərəfin təbəələrinə qarşı haqsızlığı onlar əngəlsiz, ədalətlə aradan qaldırmalı idi.

VII maddəyə görə rus qoşunlarının İran əyalətlərinə daxil olması və orada olduğu dövrdə Rusiya xidmətində və təbəəliyində olanlara İran dövləti tərəfindən etimadsızlıq göstərilməməli idi. Onların şəxsiyyəti və mülkiyyətinə heç bir zərər dəyməməli, cəza və müflisləşməyə yol verilməməli, əvvəlki kimi Şah həzrətlərinin himayəsi altında öz malikanələrində dinc yaşamalı idi.

VIII maddə ilə gürcü çarı Vaxtanq öz mülklərindən məhrum edilirdi. İran dövlətinə vəd edirdi ki, Gürcüstan İran daxilində, Şah həzrətlərinin himayəsində olanda əvvəlki qayda üzrə mülkləri və idarə hüququ çar xarakterində müəyyən olunacaq. Müqavilənin sonunda Rusiya tərəfindən vəd edilirdi ki, imperator həzrətlərinin bu müqaviləsini təsdiq etməsi, qarşılıqlı surətdə bir-birinə göndərilməsi dörd ay ərzində başa çatacaq. Müqavilədə yuxarıda göstərilən vəd edilmiş əyalətlərin verilməsi vaxtı isə İran həmin müqaviləni təsdiq edib, Rusiyaya təqdim edildiyi tarixdən hesab olunurdu.

Mənbə

  • Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 г. ч.1, М., 1869
  • Агаев Х.А. Торгово-экономические связи Ирана с Россией в XVIIIXIX вв. М., 1991
  • Бушев П.П. Беспошлинная торговля русских купцов в Иране в 1732-1747 гг. // Иран. История и культура в средние века и в новое время. М., 1980, с.78-90
  • Договоры России с Востоком. СПб., 1869, с. 194-202
  • Нагорная А. Русско-иранские договоры 1732 и 1735 гг. //Арабские страны. Турция. Иран. Афганистан. История, экономика. М., 1973, с. 116-121.
  • Советско-иранские отношения.М., 1946, с.13-19.

Həmçinin bax

Read other articles:

يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (ديسمبر 2018) العراق في الألعاب الأولمبية علم العراق رمز ل.أ.د.  IRQ ل.أ.و. اللجنة الأولمبية الوطنية العراقية م...

 

Калузька операція Битва за МосквуНімецько-радянська війна Радянські танки Т-26 рушать через село. Московська область. 1941Радянські танки Т-26 рушать через село. Московська область. 1941 Дата: 17 грудня 1941 — 5 січня 1942 Місце: Калузька область РРФСР Результат: Перемога червоної

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (نوفمبر 2023) تشوي سونج هيون   معلومات شخصية الميلاد 11 أبريل 1982 (41 سنة)  سول  مواطنة كوريا الجنوبية  الحياة العملية المدرسة الأم جامعة يونسيجامعة كوريا  المهنة

Este artículo o sección necesita referencias que aparezcan en una publicación acreditada.Este aviso fue puesto el 28 de agosto de 2010. Ibón de Bachimaña Bajo Ibones de Bachimaña Bajo (izquierda) y Alto.Ubicación geográficaCoordenadas 42°46′52″N 0°13′37″O / 42.781111111111, -0.22694444444444Ubicación administrativaPaís España EspañaDivisión Aragón AragónSubdivisión Huesca HuescaLocalidad Valle de TenaPresaTipo Glaciar (actualmente embal...

 

Apostelkerk Apostelkirche Plaats An der Apostelkirche, Münster  Duitsland Denominatie Evangelisch-Lutherse Kerk Coördinaten 51° 58′ NB, 7° 38′ OL Gebouwd in 2e helft 13e eeuw Detailkaart Portaal    Christendom De Apostelkerk is een evangelisch kerkgebouw in de Duitse stad Münster. De kerk is gelegen in het noordelijke deel van het historische hart van de stad. Geschiedenis Interieur De kerk werd in de tweede helft van de 13e eeuw gebouwd als kloosterkerk v...

 

Mid-Fryslân Algemeen Sport Korfbal Geschiedenis Opgericht 2006 Structuur Voorzitter Hans Smorenburg Trainer John Jonker Competities Zaalcompetitie Hoofdklasse Veldcompetitie Hoofdklasse Infrastructuur Sporthal De Twine Tenue Portaal    Sport Mid-Fryslân (voluit: KV Mid-Fryslân/Jansma Burdaard) is een korfbalvereniging in de Nederlandse provincie Friesland. De vereniging is ontstaan in 2006 als een fusievereniging van vier andere clubs uit de dorpen Akkrum, Grouw, Roordahuizum en ...

العلاقات الزامبية القبرصية زامبيا قبرص   زامبيا   قبرص تعديل مصدري - تعديل   العلاقات الزامبية القبرصية هي العلاقات الثنائية التي تجمع بين زامبيا وقبرص.[1][2][3][4][5] مقارنة بين البلدين هذه مقارنة عامة ومرجعية للدولتين: وجه المقارنة زامبيا قبرص

 

De Kat Genre Jeugdserie Speelduur 25 minuten per aflevering Bedenker Louis De Groof Hoofdrollen Rik Andries, Domien De Gruyter, Arnold Willems, Gerda Marchand, Marcel Hendrickx, Diane Delhem, Jeanine Schevernels Regie Senne Rouffaer Scenario Louis De Groof Montage Henri Erismann Muziek Pierre Dutour Land van oorsprong  België Taal Nederlands Uitzendingen Start 17 januari 1973 Einde 18 juli 1973 Afleveringen 13 Seizoenen 1 Zender BRTN Jeugd Officiële website (en) IMDb-profiel Portaal...

 

American writer (1922–1969) Jack KerouacKerouac by Tom Palumbo, c. 1956BornJean-Louis Kérouac(1922-03-12)March 12, 1922Lowell, Massachusetts, U.S.DiedOctober 21, 1969(1969-10-21) (aged 47)St. Petersburg, Florida, U.S.OccupationPoetnovelistAlma materColumbia UniversityPeriod1942–1969Literary movementBeatFranco AmericanNotable worksOn the RoadThe Dharma BumsBig Sur Desolation AngelsSpouse Edie Parker ​ ​(m. 1944; div. 1948)​ J...

Script used to write Yi people's language You can help expand this article with text translated from the corresponding article in Chinese. (December 2019) Click [show] for important translation instructions. View a machine-translated version of the Chinese article. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting ma...

 

American football player and coach (born 1963) American football player Kennedy PolamaluLas Vegas RaidersPosition:Running backs coachPersonal informationBorn: (1963-11-22) November 22, 1963 (age 60)Pago Pago, American SamoaCareer informationHigh school:Mater Dei (Santa Ana, California)College:USCUndrafted:1986Career history As a coach: UCLA (1992–1993)Graduate assistant San Diego State (1994–1996)Running backs coach & special teams coordinator Colorado (1997–1998)Ru...

 

Peta letak Teluk Benin Teluk Benin merupakan nama pantai yang terletak di Afrika Barat memiliki jarak sekitar 640 km dari Tanjung St. Paul ke Sungai Niger. Berikutnya ke timur oleh Teluk Bonny (dulunya bernama Teluk Biafra). Teluk ini sebagian dari Teluk Guinea. Pada 25 Desember 2003, UTA Penerbangan 141 kecelakaan di teluk ini. Penulis Philip McCutchan menulis buku ini yang berjudul Beware, beware the Bight of Benin. Pengawasan otoritas VIAF 1 WorldCat (via VIAF) Artikel bertopik geogra...

2004 single by Velvet RevolverFall to PiecesSingle by Velvet Revolverfrom the album Contraband ReleasedSeptember 13, 2004RecordedAugust - December 2003 in Los Angeles, CaliforniaGenreHard rockLength4:30LabelRCA RecordsSongwriter(s)Velvet RevolverProducer(s)Josh AbrahamVelvet Revolver singles chronology Slither (2004) Fall to Pieces (2004) Dirty Little Thing (2004) Audio samplefilehelp Fall to Pieces is a power ballad written and performed by Velvet Revolver that appears on their debut album C...

 

Place in GreeceAliveri ΑλιβέριAliveriCoordinates: 38°25′N 24°2′E / 38.417°N 24.033°E / 38.417; 24.033CountryGreeceAdministrative regionCentral GreeceRegional unitEuboeaMunicipalityKymi-AliveriMunicipal unitTamyneoiCommunity[1] • Population5,249 (2011)Time zoneUTC+2 (EET) • Summer (DST)UTC+3 (EEST)Vehicle registrationΧΑ Power plant of Aliveri Evias Port of Aliveri Evias Port of Aliveri Evias Aliveri (Greek: Αλιβέρι...

 

Hospital in New Jersey, U.S.St. Mary's HospitalPrime Healthcare ServicesGeographyLocation350 Boulevard, Passaic, New Jersey, U.S.OrganisationCare systemMedicare (US), Medicaid, Charity careTypeAcute careServicesStandardsThe Joint CommissionBeds287HistoryOpened1895LinksWebsitehttp://www.smh-nj.org/ListsHospitals in U.S. St. Mary's General Hospital is an acute care hospital in Passaic, New Jersey that offers a range of health care services and community outreach programs. The hospital is locate...

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Februari 2023. Artikel ini bukan mengenai Puteri Indonesia. Puteri Model Muslimah IndonesiaTanggal pendirian2019; 4 tahun lalu (2019)TipeKontes KecantikanKantor pusat JakartaLokasi IndonesiaBahasa resmi IndonesiaSitus webwww.instagram.com/puterimodelmuslim...

 

Species of amphibian Surinam horned frog Conservation status Least Concern (IUCN 3.1)[1] Scientific classification Domain: Eukaryota Kingdom: Animalia Phylum: Chordata Class: Amphibia Order: Anura Family: Ceratophryidae Genus: Ceratophrys Species: C. cornuta Binomial name Ceratophrys cornuta(Linnaeus, 1758) The Surinam horned frog (Ceratophrys cornuta), also known as Amazonian horned frog, is a bulky frog measuring up to 20 centimetres (7.9 in) found in the northern par...

 

Kenyan politician Amb. Prof. Hon.Samson Kegengo OngeriE.G.H.Prof. Sam Ongeri 2012.Former Senator Kisii CountyRetiredIn office2017–2022 Ambassador Prof. Hon. Samson Kegengo Ongeri, EGH (born 23 February 1938) is a Kenyan politician. He is the former Senator for Kisii County.[1] Early life Ongeri was born on 23 February 1938, in Gesusu, Nyaribari Masaba.[2] Political life Hon Prof Sam Ongeri was first elected to Parliament in 1988 and was a member until 1992.[3] He was...

Siege of DorpatPart of Russo-Swedish War (1656–1658)Dorpat in 1553DateJune–October 23, 1656LocationTartu, EstoniaResult Russian victoryBelligerents Muscovite Tsardom SwedenCommanders and leaders Aleksey Trubetskoy Lars FlemingStrength 8.000 600Casualties and losses Heavy HeavyvteRusso-Swedish Warof 1656–1658 Nöteborg (1656) Nyenschantz (1656) Dyneburg (1656) Kokenhusen (1656) Riga (1656) Dorpat (1656) Walk (1657) Gdov (1657) Prelude Under the plan of the Russian command, in the campaig...

 

Canadian ice hockey player Ice hockey player Sam Gagner Gagner with the Edmonton Oilers in 2012Born (1989-08-10) August 10, 1989 (age 34)London, Ontario, CanadaHeight 5 ft 11 in (180 cm)Weight 200 lb (91 kg; 14 st 4 lb)Position CentreShoots RightNHL teamFormer teams Edmonton OilersEC KACArizona CoyotesPhiladelphia FlyersColumbus Blue JacketsVancouver CanucksDetroit Red WingsWinnipeg JetsNational team  CanadaNHL Draft 6th overall, 2007Edmonton Oiler...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!