Rəşid Sönəyev

Rəşid Sönəyev
tatar. Рәшит Гали улы Сөнәев
Doğum tarixi 1 mart 1943(1943-03-01)[1] (81 yaş)
Doğum yeri
Elm sahəsi astrofizika
Elmi dərəcəsi
Təhsili
Elmi rəhbəri Yakov Zeldoviç
Üzvlüyü
Mükafatları II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Tatarıstan Respublikası qarşısında xidmətlərə görə" ordeni Cross of the Order of Merit of the Federal Republic of Germany
Franklin İnstitutunun mükafatı Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı State Prize of the Russian Federation in Science and Technology State Prize of the Russian Federation in Science and Technology
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəşid Qəli oğlu Sönəyev (tatar. Räşit Ğali ulı Sönäyev, Рәшит Гали улы Сөнәев;[7] 1 mart 1943[1], Daşkənd[6]) — Sovet və Rusiya astrofiziki, Rusiya Elmlər Akademiyasının akademiki (1992), Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı (2000, 2016).

R.Sönəyev astrofizika üzrə mühüm elmi kəşflər müəllifidir. Yakov Zeldoviç ilə birlikdə relikt şüalanmanın elektronlara səpilməsi nəzəriyyəsini yaratdı və Sunyayev-Zeldoviç effekti kimi tanınan fiziki hadisəni proqnozlaşdırıb.

Sunyayev Rusiya Elmlər Akademiyasının Yüksək Enerji Astrofizikası şöbəsinin müdiri idi və baş alim olmuşdur. 1992-ci ildən Akademiyanın Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşıdır.

Sönəyev 1996-cı ildən Almaniyanın Maks Plank adına Cəmiyyətin Astrofizika İnstitutunda yüksək enerjili astrofizika və fiziki kosmologiya sahəsində işləyir, həmçinin Avropa Kosmik Agentliyinin Plank kosmik gəmisindən alınan məlumatların şərhində iştirak edir.[8]

Həyatı

Rəşid Qali (Əli) oğlu Sönəyev 1943-cü il martın 1-də Daşkənddə Mordoviyadan gəlmiş tatar ailəsində anadan olub. Sönəyev Moskva Fizika-Texnika İnstitutunu (1966) və Moskva Fizika-Texniki İnstitutunun Ümumi və Tətbiqi Fizika fakültəsinin aspiranturasını bitirib.[9] O, fizika-riyaziyyat elmləri doktoru (1973), professordur. Sönəyev Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Yüksək enerjili astrofizika şöbəsinə rəhbərlik edib. O, 1992-ci ildən REA-nın Kosmik Tədqiqatlar İnstitutunun baş elmi işçisidir. O, həmçinin Qarxinqdəki (Almaniya) Maks Plank Cəmiyyətinin Astrofizika İnstitutunun direktorudur.

Yakov Zeldoviç ilə əməkdaşlıq edərək, o, Sönəyev-Zeldoviç effekti kimi tanınan nəzəriyyə yaradıb. Nəzəriyyə görə kosmik mikrodalğalı fon radiasiyası elektronların təsiri altında tədricən dağılır.[10][11][12][13].

R.Sönəyev, N.İ.Şakura ilə birlikdə maddənin qara dəliyə düşməsi zamanı əmələ gələn və ulduzlardan birinin qara dəlik və ya neytron ulduzu olduğu ikili sistemlərdən güclü rentgen şüalarının yayılmasının səbəbi kimi xidmət edən toplanma disklərinin modelini işləyib hazırlayıb.[14]

R.Sönəyev Kainatda hidrogenin rekombinasiyası və bucaq dalğalanmalarının yaranması ilə bağlı tədqiqatlar da daxil olmaqla, erkən Kainatın mühüm tədqiqatlarında iştirak etmişdir. O, Mir kosmik stansiyasının bir hissəsi olan Kvant modulunda cihazlarla müşahidələr aparan qrupa rəhbərlik edib. Bu moduldan istifadə edərək, 1987-ci ildə ilk dəfə olaraq ulduzun ölümü zamanı sintez olunan radioaktiv nikelin parçalanması, radioaktiv kobalta, sonra isə dəmirə çevrilməsi ilə bağlı supernovadan gələn sərt rentgen şüalanması qeydə alıb.

Onun Kosmik Tədqiqatlar İnstitutunundakı qrupu Granat və INTEGRAL peyklərindən astrofiziki müşahidələrə cavabdeh olub. Hazırda qrup Spektr-X-ray-Gamma beynəlxalq astrofizika layihəsini hazırlayır. Sönəyev Maks Plank adına Cəmiyyətin Astrofizika İnstitutunda nəzəri yüksək enerjili astrofizika və fiziki kosmologiya sahəsində işləyir. Həmçinin o, Avropa Kosmik Agentliyinin Plank kosmik gəmisindən alınan məlumatların şərhində iştirak edir.

Ailəsi

Rəşid Sönəyevin böyük oğlu Harvard Tibb Məktəbinin professoru Şamil Sönəyevdir. Kiçik oğlu Karlsrue Texnologiya İnstitutunun professoru Əli Sönəyevdir.

İctimai mövqeyi

Rəşid Sönəyev 2022-ci ilin fevralında rusiyalı alimlərin və elmi jurnalistlərin Rusiyanın Ukraynaya təcavüzünü pisləyən və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edən açıq məktubu imzaladyıb.

Üzvü olduğu Akademiyalar

Elmi cəmiyyətlərə üzvlük

  • Beynəlxalq Astronomiya İttifaqının üzvü (1986).
  • COSPAR-ın (Beynəlxalq Elmi Birliklər İttifaqının Kosmik Tədqiqatlar Komissiyası) vitse-prezidenti (1988-1994).
  • Amerika Astronomiya Cəmiyyətinin fəxri üzvü (1990).
  • Avropa Astronomiya Cəmiyyətinin üzvü (1991)
  • Avropa Astronomiya Cəmiyyətinin vitse-prezidenti (1991-1993)
  • Amerika Fizika Cəmiyyətinin üzvü (1993)
  • Böyük Britaniya Kral Astronomiya Cəmiyyətinin Əcnəbi üzvü (1994)
  • Amerika Fəlsəfə Cəmiyyətinin Əcnəbi Üzvü, Filadelfiya (2007)

İstinadlar

  1. 1 2 Gregersen E. Rashid Sunyaev // Encyclopædia Britannica (ing.).
  2. 1 2 https://www.leopoldina.org/fileadmin/redaktion/Mitglieder/CV_Sunyaev_Rashid_EN.pdf.
  3. 1 2 NNDB (ing.). 2002.
  4. 1 2 https://www.amacad.org/person/rashid-sunyaev.
  5. 1 2 https://www.knaw.nl/leden/sunyaev.
  6. 1 2 Deutsche Nationalbibliothek Record #114305862 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  7. Timur Rakhmatullin. "Rashid Syunyaev: "I do not believe in a cosmic catastrophe in the near future…"". Realnoe Vremya. 17 August 2017. 18 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2023.
  8. "Rashid Sunyaev". Institute for Advanced Study (ingilis). 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-25.
  9. valuh, phystech_alumni. "Академики РАН - выпускники Физтеха". Физтехи - выпускники МФТИ. 2014-12-11. 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-14.
  10. Sunyaev R. A., Zel'dovich Y. B. The interaction of matter and radiation in a hot-model universe // Astrophysics and Space Science . 4 (journal) (ingilis). № 3. 1969. 301—316.
  11. Sunyaev R. A., Zel'dovich Y. B. Small-scale fluctuations of relic radiation // Astrophysics and Space Science . 7 (journal) (ingilis). № 1. 1970. 3—19.
  12. Sunyaev R. A., Zel'dovich Y. B. The observations of relic radiation as a test of the nature of X-ray radiation from the clusters of galaxies // Comm. Astrophys. Space Phys . 4 (journal) (ingilis). 1972. 173. 2017-10-18 tarixində arxivləşdirilib.
  13. Sunyaev R. A., Zel'dovich Y. B. Microwave background radiation as a probe of the contemporary structure and history of the universe // Annual Review of Astronomy and Astrophysics . 18 (journal) (ingilis). 1980. 537—560.
  14. Shakura N. I., Syunyaev R. A. Black holes in binary systems. Observational appearance // Astronomy and Astrophysics . 24 (journal) (ingilis). 1973. 337—355. 2019-10-07 tarixində arxivləşdirilib.

Ədəbiyyat

  • Bhattacharjee, Y. "In the Afterglow Of the Big Bang". Science. American Association for the Advancement of Science (AAAS). 327 (5961). 31 December 2009: 26–29. doi:10.1126/science.327.5961.26. ISSN 0036-8075. PMID 20044554.
  • Яков Борисович Зельдович: воспоминания, письма, документы / отв. ред. С. С. Герштейн, Р. А. Сюняев — Москва: Физматлит, 2014. — 415 с. — ISBN 978-5-9221-1532-2
  • Колчинский И. Г., Корсунь А. А., Родригес М. Г. Астрономы: Биографический справочник. — 2-е изд., перераб. и доп. Киев: Наукова думка. 1986.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!