Rövşən Binnətli

Rövşən Binnətli
Rövşən Tahir oğlu Novruzov
Doğum tarixi 26 dekabr 1958(1958-12-26) (65 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 1980-ci ildən
Üzvlüyü
  • Azərbaycan İdman Jurnalistləri Assosiasiyası[d]

Rövşən Binnətli (26 dekabr 1958, Mirəşəlli, Ağdam rayonu)– idman jurnalisti[1] və futbol şərhçisi. İdman TV-nin keçmiş direktoru (2023–2024),[2] Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının baş katibi.[3]

2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının informasiya xidmətinin şef redaktoru kimi çalışıb.[1][4]

Bioqrafiyası

Uşaqlıq və gənclik illəri

Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci[5] ildə Ağdam rayonu Mirəşəlli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977–1979-cu illərdə, Moskvada Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin "jurnalistika" fakültəsini bitirərək "jurnalist" ixtisasına yiyələnib.

Karyerası

Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon 43 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə kimi başlayıb. Bir müddət Ağdam rayon İstehlak Cəmiyyətinin inşaat briqadasında fəhlə kimi çalışıb. 1981–1991-ci illərdə Ağdam rayon Gənclər Təşkilatında müxtəlif vəzifələrdə işləyib. 1992-ci il yanvar ayından avqust ayınadək Ağdamda dərc olunan "Ana torpaq" qəzetinin xüsusi müxbiri olub.

1993–2001-ci illərdə "Elzər" firmasında nəşriyyat-poliqrafiya və mətbuat-informasiya mərkəzinin direktoru işləyib. "Səhər", "AFFA-news", "Panorama", "İmpuls" qəzetlərində müxbir, "Futbol+", "Haqq yolu", "Bizim ƏSR" qəzetlərində şöbə redaktoru olub. 2001–2012-ci illərdə Lider TV-də idman şərhçisi, şərhçilər qrupunun rəhbəri və baş idman icmalçısı olub. UEFA Avro 2004, 2004 Yay Olimpiya Oyunları, 2006 FİFA Dünya Kuboku2006 Qış Olimpiya Oyunlarını Azərbaycan dilində tamaşaçıya çatdıran ilk şərhçidir. 2012–2015-ci illərdə "Baku Post" qəzetində şöbə müdiri və həmin qəzetin Azərbaycan bölməsinin redaktoru olub. 2015–2019-cu illərdə isə "CBC Sport" telekanalının informasiya xidmətinin şef-redaktoru kimi çalışıb.

Bakı Avrasiya Universitetində "Jurnalistika nəzəriyyəsi və təcrübəsi", "Ədəbi redaktə" və "RTV jurnalistikasının əsasları" fənnindən dərs deyib.

Azərbaycan İdman Jurnalistləri Assosiyasında mətbuat xidmətinin rəhbəri olub, hazırda isə ictimai əsaslarla qurumun baş katibidir.

2023-cü ilin yanvar ayında "İdman Azərbaycan" kanalının direktoru təyin olunub. 2024-cü ilin oktyabr ayında vəzifəsindən azad olunub.[1] Daha sonra ona Azərbaycan Dövlət Radiosunda redaktor vəzifəsi verilib.[6]

Şəxsi həyatı

Ailəlidir, üç övladı, bir nəvəsi var.

Kitablar, silsilə yazılar

  • Xaqani Məmmədov, "Futbol oyun qaydaları", 2000. (redaktor)
  • Şakir Yaqubov, "Banişevski, olduğu kimi", 2002. (redaktor)
  • Nurcahan Əsgərova, "Müstəqil Azərbaycanda bədən tərbiyəsi və idmanın 1991–2006-cı illər inkişaf tarixi", 2007. (redaktor)
  • Rövşən Binnətli, "Futbolumuzun bürünc ili" silsilə yazıları. (müəllif)

Filmoqrafiya

  • "On illiklərə sığmayan 10 il". (müəllif)
  • "Pekin marafonu". (müəllif)
  • "XXI əsrin ilk olimpiadası". (redaktor)
  • "Cüdo-mərdlik yolu". (redaktor)

Mükafatları

  • 1997: Gümüş qələm mükafatı
  • 2011: Azərbaycanda İlin İdman Jurnalisti
  • 2011: AFFA-nın Azərbaycan Mətbuat Şurasının Diplomu (Futbolun təbliğində fəal iştirakına görə)
  • 2012: Azərbaycan Gimnastika Federasiyasının stolüstü medalı

İstinadlar

  1. 1 2 3 "Rövşən Binnətli: "Azərbaycanda idman jurnalistikası inkişaf edir"". bsu-uni.edu.az (az.). 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
  2. "Rövşən Binnətli vəzifəsindən azad olundu — Yenilənib". Qafqazinfo (az.). 2024-10-03. İstifadə tarixi: 2024-10-03.
  3. "Rövşən Novruzov (Binnətli)". aija.az (az.). 28 fevral 2020.[ölü keçid]
  4. "Rövşən Binnətli "CBC Sport"dan ayrıldı". yenisabah.az (az.). 7 oktyabr 2019. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
  5. "İDMAN: Rövşən Binnətli". azsport.az (az.). 13 noyabr 2020. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
  6. "Rövşən Binnətliyə yeni vəzifə verildi | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). İstifadə tarixi: 2024-10-05.

Read other articles:

Dalam geologi, Superbenua atau Superkontinen merupakan gabungan dari seluruh lempeng benua atau kraton yang membentuk daratan tunggal yang sangat luas.[1] Namun istilah superbenua masih ambigu. Banyak ahli tektonik seperti Hoffman (1999) menggunakan istilah superbenua untuk menyebut kumpulan hampir seluruh benua.[2] Keberadaan superbenua pertama kali diusulkan oleh Alfred Wegener dengan teorinya pergeseran benua.[3] Mereka terbentuk oleh lempeng benua yang menyatu. Lem...

 

يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (ديسمبر 2018) حارة فوق البير  - حارة -  تقسيم إداري البلد  اليمن المحافظة محافظة صنعاء المديرية مديرية ضواح...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أكتوبر 2019) غوستاف كوهن   معلومات شخصية الميلاد 25 أغسطس 1945 (78 سنة)  مواطنة النمسا  الحياة الفنية النوع موسيقى كلاسيكية  المهنة قائد أوركسترا،  وملحن،  ومدر

Національне військове меморіальне кладовищеІнформація про цвинтар 50°17′21″ пн. ш. 30°21′44″ сх. д.H G OКраїна  УкраїнаРозташування Гатненська сільська громадаОператор Міністерство у справах ветеранів УкраїниВідкрито 2023Статус військовий цвинтар[d] Національ

 

Artikel ini memiliki beberapa masalah. Tolong bantu memperbaikinya atau diskusikan masalah-masalah ini di halaman pembicaraannya. (Pelajari bagaimana dan kapan saat yang tepat untuk menghapus templat pesan ini) Artikel ini perlu dikembangkan agar dapat memenuhi kriteria sebagai entri Wikipedia.Bantulah untuk mengembangkan artikel ini. Jika tidak dikembangkan, artikel ini akan dihapus. Artikel ini tidak memiliki referensi atau sumber tepercaya sehingga isinya tidak bisa dipastikan. Tolong bant...

 

Ismet FananyBerkas:Ismet Fanany.jpgLahir9 April 1952 (umur 71)Kotopanjang, Tanah Datar, Sumatera BaratKebangsaanIndonesiaAlmamater- Cornell University, Amerika Serikat- IKIP Malang, Jawa Timur- IKIP Padang, Sumatera BaratPekerjaanPengajar, sastrawan- Ketua Program Bahasa dan Kajian Indonesia di Universitas Deakin, Melbourne, AustraliaSuami/istriRebecca Fanany Prof. Ismet Fanany, Ph.D. (lahir 9 April 1952) adalah seorang pengajar dan sastrawan Indonesia. Ia dipercaya menjadi Ketua Program...

  هذه المقالة عن الزوار. لمعانٍ أخرى، طالع الزوار (توضيح). محمد الزواري معلومات شخصية الميلاد 1967صفاقس الوفاة 15 ديسمبر 2016 (49 سنة)صفاقس سبب الوفاة اغتيال الإقامة صفاقس مواطنة  السودان الجنسية  تونس الديانة الاسلام الحياة العملية المدرسة الأم المدرسة الوطنية للمهند...

 

American college football season 1921 Springfield Red and White footballConferenceIndependentRecord4–5–2Head coachElmer Berry (5th season)CaptainLen WattersHome stadiumPratt FieldSeasons← 19201922 → 1921 Eastern college football independents records vte Conf Overall Team W   L   T W   L   T Washington & Jefferson   –   10 – 0 – 1 Lafayette   –   9 – 0 – 0 Cornell   – ...

 

1975 film Female VampireDVD coverDirected byJesús FrancoScreenplay byJesús Franco[1]Produced byMarius Lesoeur[1]Starring Lina Romay Jack Taylor Alice Arno Monica Swinn Jean-Pierre Bouyxou CinematographyJesús Franco[1]Edited by Jesús Franco Ramon Ardid[1] Music byDaniel White[1]Productioncompanies Brux International Pictures Les Films Marc [1]Release date 1975 (1975) Countries Belgium France[1] Female Vampire (a.k.a. The Bare-Bre...

Hospital in Mandalay Region, MyanmarMandalay General HospitalGeographyLocationChanayethazan Township, Mandalay, Mandalay Region, MyanmarCoordinates21°58′39″N 96°05′26″E / 21.97750°N 96.09056°E / 21.97750; 96.09056OrganisationFundingGovernment hospitalTypeTeachingAffiliated universityUniversity of Medicine, MandalayServicesBeds1,000HistoryOpened1887LinksListsHospitals in Myanmar Mandalay General Hospital (Burmese: မန္တလေးပြည်သူ့...

 

Village in Estonia Village in Rapla County, EstoniaPahklaVillageMemorial to Estonian theatre director and actor Theodor AltermannCountry EstoniaCountyRapla CountyParishKohila ParishTime zoneUTC+2 (EET) • Summer (DST)UTC+3 (EEST) Pahkla (German: Pachel) is a village in Kohila Parish, Rapla County in northwestern Estonia.[1] Pahkla Suurkivi, a large glacial erratic boulder References ^ Classification of Estonian administrative units and settlements 2014 (retrieved 28 Ju...

 

Nepal padaOlimpiadeKode IOCNEPKONKomite Olimpiade NepalSitus webwww.nocnepal.org.npMedali 0 0 0 Total 0 Penampilan Musim Panas196419681972197619801984198819921996200020042008201220162020Penampilan Musim Dingin200220062010201420182022 Nepal berkompetisi dalam dua belas Olimpiade Musim Panas dan empat Olimpiade Musim Dingin. Komite Olimpiade Nepal dibentuk pada 1962 dan diresmikan pada 1963. Referensi Pranala luar Nepal. International Olympic Committee.  Nepal. Sports-Reference.com. Diarsi...

Resolusi 476Dewan Keamanan PBBTimur TengahTanggal30 Juni 1980Sidang no.2.242KodeS/RES/476 (Dokumen)TopikWilayah pendudukan IsraelRingkasan hasil14 mendukungTidak ada menentang1 abstainHasilDiadopsiKomposisi Dewan KeamananAnggota tetap Tiongkok Prancis Britania Raya Amerika Serikat Uni SovietAnggota tidak tetap Bangladesh Jerman Timur Jamaika Meksiko Niger Norwegia Filipina Portugal Tunisia Zambia Resolusi 476...

 

Matius 23Injil Matius 23:30-34 pada bagian depan (recto) potongan naskah Papirus 77, yang ditulis sekitar tahun 200 M.KitabInjil MatiusKategoriInjilBagian Alkitab KristenPerjanjian BaruUrutan dalamKitab Kristen1← pasal 22 pasal 24 → Matius 23 (disingkat Mat 23) adalah pasal kedua puluh tiga Injil Matius pada Perjanjian Baru dalam Alkitab Kristen, yang disusun menurut catatan dan kesaksian Matius, salah seorang dari Keduabelas Rasul Yesus Kristus.[1][2][3]&#...

 

María Sandra Julià Julià Diputada en las Cortes Generalespor Castellón Actualmente en el cargo Desde el 17 de octubre de 2016 Final 10 de noviembre de 2019 Concejala en el Ayuntamientode Moncófar Actualmente en el cargo Desde el 2015 Información personalNacimiento 8 de octubre de 1971 (52 años)Castellón de la Plana (España) o provincia de Castellón (España) Nacionalidad EspañolaInformación profesionalOcupación Política Partido político Ciudadanos [editar datos en Wikidata...

RNA Duta dengan nukleosida yang termodifikasi (modRNA) adalah RNA Duta sintetik yang nukleosidanya diganti dengan nukleosida lain yang ada secara alamiah maupun yang dibuat secara sintetik dengan analog nukleosidanya.[1] modRNA digunakan untuk menginduksi produksi protein yang diharapkan pada sel tertentu. Penerapan yang sangat penting dari modRNA adalah vaksin mRNA, dimana vaksin mRNA pertama di dunia merupakan vaksin COVID-19. Contoh dari vaksin yang menggunakan modRNA adalah vaksin...

 

American biochemist and advocate for women in science Phoebe S. LeboyPhoebe Leboy in 2011BornJuly 29, 1936Brooklyn, New York, United StatesDiedJune 16, 2012(2012-06-16) (aged 75)Narberth, Pennsylvania, United StatesCitizenshipAmericanAlma materSwarthmore College (B.A., 1957), Bryn Mawr College (Ph.D, 1962)Scientific careerFieldsEpigenetics, regenerative medicineInstitutionsUniversity of Pennsylvania Phoebe Starfield Leboy (July 29, 1936 – June 16, 2012) was an American biochemist ...

 

Subgenre of heavy metal music Doom metalStylistic originsHeavy metalblues[1]Cultural originsEarly to mid 1970s, United Kingdom and United StatesDerivative forms Gothic metal post-metal[2] Subgenres Epic doom traditional doom Fusion genres Black-doom (depressive suicidal black metal) blackened death-doom death-doom (funeral doom) drone metal gothic-doom progressive doom sludge metal (sludgecore) stoner metal (desert rock) Regional scenes Finland Pacific Northwest Louisiana Loca...

Questa voce sull'argomento calciatori russi è solo un abbozzo. Contribuisci a migliorarla secondo le convenzioni di Wikipedia. Segui i suggerimenti del progetto di riferimento. Achrik Cvejba Nazionalità  Unione Sovietica Ucraina (1991) Russia (dal 1992) Altezza 182 cm Calcio Ruolo Difensore Termine carriera 2002 Carriera Squadre di club1 1983-1984 Dinamo Sukhumi? (?)1984 SKA-Chabarovsk4 (0)1985-1989 Dinamo Tbilisi79 (0)1990-1993 Dinamo Kiev79 (3)1993&...

 

Electoral constituency in the Omaheke region of eastern Namibia Epukiro constituency (red) in the Omaheke Region (yellow) of Namibia Epukiro Constituency is an electoral constituency in the Omaheke Region of Namibia. It had 6,101 inhabitants in 2004[1] and 4,646 registered voters in 2020[update].[2] Its district capital is the settlement of Epukiro, it further contains the settlements of Otjinoko, Otjijarua, Omauezonjanda, and Otjimanangombe.[3] The royal homes...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!