Məzmunu
Film çar imperiyasının I Pyotr zamanından Sovet imperiyasının Qorbaçov dövrünədək, ermənilərin məkri ilə Azərbaycan diyarına, azərbaycanlı-türk millətinə qəsdlərin təkzibolunmaz ifşasına həsr edilmişdir. Belə qəsdlər bir deyil, iki deyil, saysız hesabsızdır. Filmdə onların yalnız bir neçəsi sadalanır. Pyotrun vəsiyyətinə əməl edərək, Azərbaycana işğalçılıq basqınları, bədnam Türkmənçay və Gülüstan müqavilələrinə əsasən Azərbaycanın iki yerə parçalanması, 1905 və 1918-ci illərdə rus imperiyasına arxalanan erməni daşnaqlarının qanlı cinayətləri, 1920-ci ildə Leninin sərəncamı ilə XI Qırmızı Ordunun işğalçılıq basqını və Azərbaycan Demokratik Respublikasının süqutu, 1937-ci il Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən 20 yanvar qanlı cinayəti, xalqın faciəsi, Rusiya ordusuna arxalanan erməni işğalları, vəhşilikləri, heç bir ədəb-ərkan qaydalarına sığmayan əməlləri...
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Rauf Nağıyev
- Ssenari müəllifi: Sara Nəzirova, Rauf Nağıyev
- Operator: Rəfael Salamzadə
- Səs operatoru: Marat İsgəndərov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 350-351.