Qızıl Hörümçək Veb Mükafatı |
---|
türk. Altın Örümcek Web Ödülleri |
|
|
Ölkə |
Türkiyə |
Tip |
internet mükafatı |
Kimə verilir |
internet, rəqəmsal marketinq, mobil texnologiya layihələri |
Status |
aktiv |
Təsis tarixi |
2002 |
altinorumcek.com |
Qızıl Hörümçək Veb Mükafatı (türk. Altın Örümcek Web Ödülleri) – 2002-ci ildən etibarən hər il Türkiyədə təqdim olunan internet mükafatı. İnternet, rəqəmsal marketinq, mobil texnologiyalar sahəsindəki ən yaxşı layihələrə təqdim olunur.
Loqo və mükafat
Mükafatın loqosu əskişəhərli dizayner Emre Erdem tərəfindən dizayn olunmuşdur.[1] Əsas mükafatların (ən yaxşı sayt və ən yaxşı mobil tətbiq) qalibinə bürüncdən hazırlanmış, üzərində hörümçək motivi olan mükafat təqdim olunur.[2] Bu mükafatın dizayneri Ərdoğan Sarmadır.[1] Digər kateqoriyaların qaliblərinə kristal mükafat təqdim olunur.[2]
Tarixi
Mükafat 2002-ci ildə DorukNet sponsorluğu ilə yaradılmışdır. İlk mükafatın ən yaxşı sayt kateqoriyası üzrə qalibi TurkNet olmuşdur. Ümumulikdə, ilk tədbirdə 21 kateqoriya üzrə mükafatlar təqdim olunmuşdur.[3]
2003-cü ildə ən yaxşı sayt kateqoriyasının qalibi "MyNet" olmuşdur. "Ekşi Sözlük" isə şəxs veb-sayt kateqoriyası üzrə mükafata layiq görülmüşdür.[4]
2004-cü ildə ən yaxşı sayt kateqoriyası üzrə mükafat "Yemeksepeti"nə verilmişdir. "Yemeksepeti" e-ticarət kateqoriyası üzrə də mükafatın qalibi olmuşdur. İstanbul bələdiyyəsinin saytı inzibati təşkilat kateqoriyası üzrə mükafata layiq görülmüşdür.[5]
2005-ci ildə "Yemeksepeti" ən yaxşı sayt, Vikipediya isə ən yaxşı məzmun üzrə mükafatın qalibi olmuşdur. Lig TV idman kateqoriyası üzrə mükafatı qazanmışdır.[6]
2006-cı ildə İstanbul Müasir İncəsənət Muzeyinin saytı ən yaxşı sayt, Vikipediya isə ən yaxşı məzmun mükafatının qalibi olmuşdur. Türk Hava Yollarının saytı e-ticarət, "Avea" telekommunikasiya mükafatının qalibi olmuşdur.[7]
2007-ci ildə "Garanti Bank"ın saytı ən yaxşı sayt kateqoriyası üzrə mükafatın qalibi olmuşdur. "Otokar" ən əlçatımlı sayt, "Tamindir" informatika texnologiyaları, "Gazeteport" xəbər, İstanbul Müasir İncəsənət Muzeyinin saytı incəsənət kateqoriyası üzrə mükafata layiq görülmüşdür.[8]
2008-ci ildə "Ruffles" ən yaxşı sayt mükafatına layiq görülmüşdür. "Sahibinden.com" e-ticarət, "Turkcell" mikrosayt, "Beyazperde" portal, "Dream TV" radio və televiziya, "Mackolik" idman, "Ruffles" qida və içki kateqoriyası üzrə mükafatın qalibi olmuşdur.[9]
2020-ci ildə "Ziraat Bank"ın mobil tətbiqi ən yaxşı mobil tətbiq kateqoriyası üzrə mükafata layiq görülmüşdür. "Enpara.com" bankçılıq və maliyyə, "Fenerium" e-ticarət, "Sahibinden.com" avtomobil, Yaşıl Ay sosial məsuliyyət, "Qartal Yuvası" idman kateqoriyası üzrə mükafatın qalibi olmuşdur.[10]
2021-ci ildə ən yaxşı sayt mükafatı "Hepsiburada" saytına verilmişdir. "Hepsiburada" ən yaxşı mobil tətbiq kateqoriyası üzrə də mükafatın qalibi olmuşdur. Türkiyə Kosmos Agentliyi inzibati təşkilat, TEMA Fondu sosial məsuliyyət kateqoriyası üzrə mükafata layiq görülmüşdür.[11]
2022-ci ildə ilk dəfə olaraq ən yaxşı sayt üzrə mükafat heç bir layihəyə verilməmişdir.[12] "Kaft" e-ticarət, Memar Sinan İncəsənət Universiteti inzibati təşkilat, "Doğruluk Payı" xəbər kateqoriyasının qalibi olmuşdur.[13]
2023-cü ildə "Yapı Kredi" ən yaxşı mobil tətbiq kateqoriyası üzrə, Salon İMSF-in saytı isə ən yaxşı sayt kateqoriyası üzrə mükafatın qalibi olmuşdur. Çətin Performanslar Sənəti Mərkəzi əyləncə, Pegasus Hava Yolları alış-veriş tətbiqi, "Hayat Holding" sənaye və istehsal kateqoriyası üzrə mükafata layiq görülmüşdür.[14]
İstinadlar
Xarici keçidlər