Konstitusiya referendumu Qvineyada 11 noyabr 2001-ci ildə keçirilmişdir. O Qvineyanın yeni Konstitusiyasının qəbul edilməsinə aid idi, hansı ki, prezidentlik müddətinin say məhdudiyyətini aradan qaldırırdı və 5 il olan müddət davamlığını 7-yə qədər artırırdı.[1] Konstitusiya 98,36 % səs ilə təsdiq olunmuşdur. Müxalifətin referendumu boykot etmək çağırışına baxmayaraq[2], seçicilərin 87,2 % iştirak etmişdir[1].
Referendumun nəticəsində prezident Lansana Konte qeyri-məhdud sayda seçilmək imkanını aldı ki, bu onun müxalifətlə münasibətlərini daha da çox kəskinləşdirdi.
Nəticələr
Seçim
|
Səslər
|
%
|
Lehinə |
3,644,653 |
98.36
|
Əleyhinə |
60,769 |
1.64
|
Etibarsız səslər |
52,968 |
–
|
Ümumi |
3,758,390 |
100
|
Qeydə alınmış seçicilər / iştirakçılar |
4,310,081 |
87.20
|
Mənbə: African Elections Database
|
İstinadlar